Topaz Premyer Liqasında XXXIV tura start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Simurq" "Bakı"nı qəbul edib. Zaqatala klubu rəqibini darmadağın edib - 4:0. Draqan Çeranın dubl edib, İdan Vaytsman və Rəşad Eyyubov hərəyə bir qol vurub.
Komandaların bu mövsüm bundan əvvəl keçirdiyi 3 oyundan ikisində "Simurq" (5:2, 3:0), birində "Bakı" 1:0 qalib gəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq. "Qəbələ" "İnter"i, "Qarabağ" "Sumqayıt"ı, "Xəzər Lənkəran" AZAL-ı qəbul edəcək. "Neftçi" isə bu turda istirahət edəcək.
Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXXIV tur
15 may
Simurq - Bakı 4:0
Qollar: Draqan Çeran, 28; 80. İdan Vaytsman, 37. Rəşad Eyyubov, 84.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev (70. Cavad Kazımov, 84), 9. Mirzağa Hüseynpur (81. Nicat Muxtarov, 66), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 17. Rüstəm Məmmədov, 18. Tural Axundov, 20. İdan Vaytsman (78. İlqar Hüseynov, 77).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov, 83. Elmir Sulxayev.
Baş məşqçi: Georgi Çixradze.
Bakı: 26. Davud Əsgərov, 2. Nicat Əsgərov (55. Aydın Mustafazadə, 35), 7. Nuran Qurbanov (9. Raul Yaqubzadə, 60), 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 15. Azad Kərimov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov (k) (17. Elmin Əsgərli, 82), 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 96. Səbuhi Əliyev, 4. Ülvi Süleymanov, 23. Şəhriyar Xəlilov, 35. Qvanzan Maqomedov.
Baş məşqçi: İbrahim Uzunca.
Sarı vərəqələr: Xuan Alberto, 12 (qeyri-idman hərəkəti). İlkin Qırtımov, 30 (qeyri-idman hərəkəti). İdan Vaytsman, 37 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər stadionu. 300 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | Qarabağ | 30 | 19 | 8 | 3 | 49-26 | 65 |
| 2 | İnter | 29 | 16 | 11 | 2 | 51-15 | 60 |
| 3 | Qəbələ | 30 | 14 | 8 | 8 | 42-34 | 50 |
| 4 | Neftçi | 30 | 13 | 8 | 9 | 37-32 | 47 |
| 5 | Simurq | 30 | 11 | 5 | 14 | 41-34 | 38 |
| 6 | AZAL | 29 | 9 | 8 | 12 | 31-40 | 35 |
| 7 | Xəzər Lənkəran | 29 | 7 | 7 | 15 | 34-44 | 28 |
| 8 | Sumqayıt | 29 | 5 | 10 | 14 | 27-41 | 25 |
| 9 | Bakı | 30 | 3 | 7 | 20 | 19-65 | 16 |
| Bombardirlər | Nurlan Novruzov (Bakı) - 15. Draqan Çeran (Simurq) - 14. Nikolas Kanales (Neftçi), Cavid Hüseynov (Qəbələ) - 11. Məhəmməd Qurbanov (Sumqayıt), Reynaldo Silva (Qarabağ) - 10. Mikel Alvaro (İnter), Freddi Mombonqo (AZAL) - 9. Junior Nildo (İnter) - 8. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol