
Həvəskarlar arasında Azərbaycan çempionatının oyununda dava düşüb. Fanat.az хəbər verir ki, hadisə "Şərur" - "Qubadlı" matçında baş verib.
Qarşılaşmanın 45-ci dəqiqəsində "Qubadlı"nın futbolçuları Zamiq Vəliyevlə Surət Qalayev və "Şərur"un üzvləri Babək Allahverdiyevlə Roman Ramazanov dava-dalaşda iştirak etdiklərinə görə birbaşa qırmızı vərəqə alıblar. AFFA hər bir futbolçunu 5 oyunluq cəzalandırıb. Oyunun 79-cu dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Qubadlı”nın digər futbolçusu Samir Vəliyevin cəzası isə 2 oyun olub.
Futzal üzrə Azərbaycan Kubokunun "Neftçi" ilə oyununda "Fənər"in futbolçusu Roberto Pessoa aqressiv hərəkət - rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alıb və 4 oyunluq cəzalandırılıb.
Fanat.az