
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən Namiq Ələsgərov Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunub və ilkin fizioterapiya kursunu keçib.
Fanat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda futbolçu Almaniyada növbəti fizioterapiya kursundadı. Namiq Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.



Fanat.az