12:12 21.05.2015 718

“Neftçi” Qarabağ veteranını işdən qovdu - ŞOK AÇIQLAMA

"Neftçi"nin rəhbərliyində struktur dəyişikliyi baş verdikdən sonra xeyli sayda işçi klubdan qovulmuşdu. Əsasən mühafizə işçilərinin qovulması xəbərləri yayıldıqdan sonra klub rəhbərliyi heç kimin göndərilmədiyini açıqlamışdı. Ancaq bu gün Komanda.az-a "Neftçi"də 10 ildi operator kimi çalışan Dadaş Zeynalovun klubdan göndərildiyi xəbəri gəldi.


Komanda.az məsələni dəqiqləşdirmək üçün Dadaş bəylə əlaqə saxlayıb. Zeynalov klubdan ayrılmasını bütün təfərrüatı ilə danışıb: 


"Bu gün Elnur Məmmədov məni yanına çağırdı. Mənimlə uzun söhbət etdi. Sonra isə mənim klubda çalışmağımın onlara sərf etmədiyini dedi. O, klubda operatorun olmasındansa, hər oyun üçün operator sifariş etmənin daha yararlı olduğunu dedi. Bu insan düz-əməlli azərbaycanca danışa da bilmir. Rusca düşünür, azərbaycanca danışır. Elnur Məmmədova nə cür işçilərin lazım olduğunu mən bilirəm. Bir neçə il əvvəl adını çəkmək istəmədiyim çalışanlardan biri Rövşən Bayramovla erməninin güləşində düşmən tərəfə azarkeşlik etdiyini söyləmişdi. Səbəb kimi isə onu göstərmişdi ki, o, milliyətcə azərbaycanlı yox, ləzgidi. Dəfələrlə "Sadval" terror təşkilatına tərəfkeşlik edib, lazım olsa, onlar tərəfdən döyüşə biləcəyini deyib. Elnur Məmmədov isə onun klubdakı vəzifəsini artırıb. Çünki ona belə işçilər lazımdı. Mənim kimi 5 il Qarabağda döyüşmüş müharibə veteranı yox.


Klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevə çox böyük hörmətim var. O, yaxşı yazıçı və savadlı insandı. Kluba gəldiyi ilk günlərdə də, verdiyi müsahibədə komandaya iki yeni sürücü gətirdiyini, onların da Qarabağ müharibəsi veteranı olduğunu demişdi. İndi mən Çingiz bəyə səslənirəm. Qoy görsün ki, onun işçisi Qarabağ veteranını heç bir səbəb göstərmədən işdən qovur.


Mən 10 ildi klubda çalışıram. Ramin Musayevlə, Tahir Süleymanovla, Sadıq Sadıqovla çalışmışam. İsəyirsiz, onlardan soruşun, görək mənim işimdə nə isə nöqsan olubmu. Bu insan məni nöqsanım olduğuna görə yox, sadəcə, burda istəmədiyinə görə qovur. Klubda sadəcə iki operator var idi. Mən əsas komandanın, digər operator isə əvəzedicilərin oyununu işıqlandırırdı. Mən ölkə prezidentinə, AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edirəm. Vətənin azadlığı uğrunda 5 il döyüşmüş birini işdən kənarlaşdırırlar. Ümumilli lider Heydər Əliyevin bir çağırışıyla müharibəyə yollanmışdım. Mən Qarabağ uğrunda döyüşlərdə iştirak edəndə Elnur Məmmədov kimilər harda idi?


Çox xahiş edirəm, Çingiz Abdullayev klub rəsmisinin etdiyi özbaşınalıq, onun qərarlarına etdiyi hörmətsizliyə fikir bildirsin".


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

18:33

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

18:01

Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

17:43

"Baku Sportinq" daha iki oyunçusu ilə müqavilə yenilədi

Facebookdan bizi izləməyi unutmayın.
X