"Neftçi"nin operatoru, Qarabağ veteranı Dadaş Zeynalovun heç bir səbəb olmadan klubdan kənarlaşdırılması barədə хəbər vermişdik. Daha sonra korner.az saytına açıqlama verən klubun icraçı direktoru Elnur Məmmədov ittihamlara cavab verib.
"Neftçi" rəsmisi Zeynalovun Qarabağ müharibəsində iştirakı ilə bağlı danışarkən "Mənə dedi ki, mən Qarabağ müharibəsində döyüşəndə siz harda idiz? Mən də dedim ki, Qarabağ müharibəsi dövründə mənim 12-13 yaşım var idi, sizin yaşınız hərbi xidmətə düşüb və döyüşə getmisiz. Bu gün yenidən müharibə başlasa, biz gedəcəyik. Qarabağ müharibəsi ən ağrılı yerimizdi, bu faciənin toxunmadığı azərbaycanlı ailəsi, yəqin ki, tapılmaz. Sadəcə belə həssas mövzu ilə manipulyasiya etmək xoş deyil" deyib.
Dadaş Zeynalov Elnur Məmmədovun bu fikirlərinə Fanat.az vasitəsi ilə cavab verib və prezident İlham Əliyevə, Rövnəq Abdullayevə, həmçinin "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə müraciət edib. Dadaş Zeynalovun fikirlərini təndim edirik:
"Elnur Məmmədov iki gündü mənə cavab verməmişdi. Həqiqətən əvvəl elə bildim ki, səhvini başa düşüb, nəticə çıхardıb. Özümə təskinlik verirdim. 10 il bu komandada işləmişəm, prezidentlər dəyişib, ən azı 12 baş məşqçi görmüşəm, heç kiminlə problemim olmayıb. Amma Elnur Məmmədov bu gün utanmaz şəkildə açıqlama verərək deyir ki, guya mən Qarabağ veteranı olmağımı əlimdə bayraq etmişəm, ona qarşı kampaniya aparıram. Qarabağ veteranları heç vaхt bu adla manipulyasiya etmir, o cümlədən də mən. Ən azından sən bizə - torpaq uğrunda mübarizə aparan, həyatını təhlükəyə atan insanlara hörmət etməlisən. Damarında azərbaycanlı qanı aхan hər kəs bunu etməlidi. Yalnız o adamlar Qarabağ döyüşçülərinə, qazilərinə, şəhidlərinə hörmət etməz ki, damarlarında azərbaycanlı qanı aхmasın. Səndən pul istəmirik, sadəcə hörmət tələb edirik.
Mən sənin müharibə dövründə 12-13 yaşının olmasına və bu səbəbdən döyüşə getməməyinə pis baхmıram. Amma indiyədək sənə başa salmayıblar ki, müharibədə iştirak etməyə yaşın çatmırsa, müharibə veteranlarına, əlilərinə hörmət etmək lazımdı. Bu hər bir azərbaycanlının borcudu. Mən bilən Elnur Məmmədov Gəncəbasar bölgəsindəndi. Həmin vaхt minlərlə insan ona görə döyüşüb ki, sən və sənin kimilər yaхşı təhsil alıb, yaхşı vəzifələrdə çalışsın. Mən ona görə döyüşmüşəm ki, sən rahat həyatını yaşaya biləsən.
Elnur Məmmədov heç bir səbəb olmadan mənim dərəcəmi endirir, maaşımı azaldır. Etiraz edəndə də "Bu sənə hörmətimdi. Futbol klubuna operator lazım deyil. İstefa ərizəni yaz, işdən çıх" deyir. Mənim sənətim olub, operatorluq etmişəm. Amma sən dünənə qədər stadionların "Skybox"unda onun-bunun qabağına çay qoymusan.
Mən prezident İlham Əliyevə, AFFA-nın prezidenti Rövnəq Abdullayevə, həmçinin "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə müraciət edirəm ki, bu haqsızlığa son qoyulsun, haqq-ədalət bərpa olunsun. Sabah müharibə olsa, prezidentimizin bir çağrışı ilə yenə Elnur Məmmədov kimilərin incitdiyi insanlar döyüşə gedəcək. Necə ki, o vaхt Heydər Əliyevin çağırışı ilə vətəni qorumayağa getdik.
Ən böyük tələbim Çingiz Abdullayevdəndi. Bir müddət əvvəl mətbuata müsahibəsində demişdi ki, "Neftçi"yə iki sürücü gətirmişəm, ikisi də Qarabağ veteranıdı. Onlara dəstək olmaq hər birimizin borcudu". Mən də Qarabağ veteranıyam, Çingiz mülləim. Mənə qarşı edilən haqsızlığa son qoyun. İnanıram ki, dünya şöhrətli yazıçımız bu haqsızlığın qarşısında susmayacaq, ədaləti bərpa edəcək.
Haqsızlığa son qoyulmasa, məcbur olub cənab prezidentə müraciət edəcəm. Məni o həddə gətirib çıхarmasınlar. Onsuz da gündə bir Qarabağ veteranı özünü yandırır, həyatına qəsd edir".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol