Azərbaycanın ilk mobil operatoru və Aparıcı mobil internet provayderi "Bakcell" şirkəti və AFFA-nın birgə təşkilatçılığı ilə “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər keçirilib. Fanat.az xəbər verir ki, Bakıda və Azərbaycanın bir sıra regionlarında aparılan seçim turlarında 965 nəfər 8-12 yaş arası uşaqlar iştirak edib (bu rəqəm 2013-cü ildə 677 nəfər, 2014-ci ildə isə 724 nəfər təşkil edib).
Seçimləri müvəffəqiyyətlə keçən 32 uşaq iyunun 1-dən 6-dək Bakıdakı "Bayıl Arena"da təşkil olunacaq təlim-məşq toplanışlarında iştirak edəcək. 32 meydan oyunçusu ilə yanaşı, seçimlərdə iki qapıçının toplanışa dəvət olunması qərara alınıb.
Xaçmaz rayonundakı seçimlərdə 06.01.2003-cü il təvəllüdlü Әzizov Elmar Vüqar oğlu, Sumqayıt şəhərində keçirilmiş seleksiya prosesində isə 01.02.2005-ci il təvəllüdlü Fәrzәliyev Cavid Mübariz oğlu seçilərək təlim-məşq toplanışına cəlb olunub.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol