
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
İntizam Komitəsi "Simurq"un qapıçısı Amil Ağacanova ağır cəza verib. Belə ki, qolkiper AZAL-la oyunun 21-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb, klub 4000 manat cərimə olunub. Ağacanovun qırmızı vərəqə alaraq meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə daha 5 oyunluq cəza alıb, klub 5000 manat cərimələnib.
"Sumqayıt"la oyunun 89-cu dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulan “Xəzər Lənkəran”ın futbolçusu Marian Skarlatake 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə edilib.
"Neftçi" "Bakı" ilə oyunda 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə ödəyəcək. "Bakı"ya isə oyunda diktor olmadığına görə ciddi fəbərdarlıq olunub. Bu hal yenidən təkrarlandığı halda kluba cəza veriləcək.
Fanat.az