
Bu gün keçirilən AFFA İntizam Komitəsi növbəti absurd qərarı ilə diqqəti çəkib. Belə ki, komitə AZAL - "Simurq" matçının 90+1-ci dəqiqəsində texniki zona qaydalarınə pozan Zaqatala klubunun bas məşqçisi Rövşən Babayevi 1 oyunluq cəzalandırıb, klubu 500 manat cərimə edib.
Gəlin görək Rövşən Babayev hansı hərəkətinə görə cəzalanıb? Fanat.az-ın təqdim etdiyi videoda açıq-aşkar görünür ki, baş məşqçi meydana çıхaraq rəqibin əks-hümununun qarşısına alaraq topun qapıya yaхınlaşmasına imkan verməyib. Bu hərəkətin cəzası isə yəqin ki, bir oyun olmamalı idi.
AFFA-nın hansı səbəbdən bu qədər humanist qərar qəbul etdiyini bilmirik. Amma sabah "Neftçi", "Xəzər Lənkəran" və ya "Qarabağ"ın baş məşqçisi Premyer Liqa oyununda eyni hərəkəti təkrarlasa, görəsən AFFA eyni humanistliyi nümayiş etdirərək belə bir absurd qərar qəbul edəcəkmi? Sponsorsuz qalan, mövsüm bitəndən sonra hansı aqibəti yaşayacağı bəlli olmayan kluba və baş məşqçisinə qarşı bu qədər loyallığın səbəbi nədi?
Fanat.az