"Zlatan İbrahimoviçin Bakıya səfərindən biz də dünən xəbər tutduq". Fanat.az хəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elхan Məmmədov deyib.
Baş katib bildirib ki, isveçli ulduzla görüşmək istəyənlərin sayı çoхdu: "Onun görüşmək istəyənlər çoxdu, bununla bağlı bizə də çoxlu zəng edənlər, şəkil çəkdirmək istəyənlər var. Hazırda Bakıda Avropa Oyunlarına hazırlıq gedir. Ölkəmizə tanınmış futbolçularla bərabər çoxlu əcnəbi gələcək. Kimsə istirahətə gəlir, kimsə işləri ilə əlaqədar. Amma biz İbrahimoviçlə bu barədə heç bir müzakirə aparmamışıq. Onu hansısa layihəmizə dəvət etməklə də bağlı bir ideya yoxdu".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol