14:47 08.06.2015 853

Tarix(çilər)in izi ilə

Ağlım kəsəndən, adətən, özümdən böyüklərlə oturub-durmaq həvəsində olmuşam. Oyunlar, uşaqlıq çılğınlığı, nə bilim uşaqlığı doyunca yaşamağa nə həvəsim olub, nə də imkanım.


Odur ki, həmişə böyüklərin məclisində oturmuşam, öz düşüncələrimi paylaşmışam. 2006-cı ildə futbol sahəsinə gələndən bəri (onsuz da futboldan başqa sahəm olmayıb) mənim üçün ən maraqlı futbol hissələrindən biri də veteranlar olub. Onlarla danışmaq, keçmişi varaqlamaq, onlarla futbol oynamaq mənim üçün həmişə bəlkə də ilk sırada gələn işlərdəndir. 


Hələ “Çempion” qəzetində çalışanda veteranlardan silsilə yazılar hazırlayır, köhnə “Neftçibaza”nı öz evim hesab edirdim. İndi də elədir... Anar Xanlarovun təbiri ilə desək, Elgizi itirsəniz, “Neftçibaza”da tapa bilərsiniz... Söhbət köhnə “Neftçibaza”dan gedir...


...19 il öncə finalda görüşən veteranları bir araya gətirib, “Qəbələ”də oyun keçirmək təşəbbüsü gündəmə gələndə Aslan Şahgəldiyevin “bu işi Zamiq Hüseynovla Elgiz Abbasova tapşıraq” deməsi ürəyimdən hay verdi. Zamiqlə mən bu işə tam ürəyimizi qoyduq. Tez bir zamanda xüsusi formalar Azərbaycana gətirildi, hətta formalara adlar və nömrələr yazıldı. Sözsüz ki, formaların gətirilməsinə qədər olan müddətdə o qədər işlər görülmüşdü ki... 


Abbas dayının arxivindən tutmuş digər toz basmış sənədləri araşdırıb tapmaq, finalda çıxış edən, indi bəlkə də heç bir klubun yadına düşməyən futbolçuları axtarıb tapmaq, onların Qəbələ səfərini təşkil etmək indi sadəcə xronologiya kimi görünür...


...Biz Almaniyadan "Maradona" və "moruq" ləqəbi ilə daha çox tanınan İlham Məmmədovu, öz dövrünün ən güclü fiziki hazırlığa malik oyunçusu Rasim Abışovu Rusiyadan tapdıq, yenicə azadlığa çıxmış Mehman Alışanovu cəmiyyətə qaytarmaq üçün bu oyuna vasitə kimi baxdıq... 


...Açığı, çox təəccüblənmişdilər. Hətta elə bir oyunçu oldu ki, dəvətimizə “zarafat edirsiniz? İnanmıram ki, belə bir şey olsun, kimdi bizi yada salan?” kinayələri  və narazılıq süzülən kəlmələri ilə cavab verdi...


Hətta elə bir veteran vardı ki, avtobusa minənə qədər inanmırdı buna... Lakin Qəbələdə meydançaya çıxdıqdan sonra anladı ki, tarix və onu yazanlar unudulmur... Unutmayanlar isə məhz əziyyətə qiymət qoyanlardır...


... Bəli, tarix 2 iyun, saatlar isə 08.30 dəqiqəni göstərəndə veteranların gözündəki sevinci, qucaqlaşmalarını, gözlərin dolmasını görməyə dəyərdi... Edilən zarafatlar, Vidadi Rzayevin İlham Məmmədovu “moruğa çevirmək” həngaməsi, Rasim Abışovun zədəli olduğu halda imtahandan “5” alması, Vidoşun səfər həngamələri, Yaşar Vahabzadənin təəssüratları köhnə kaseti videoya taxıb o vaxtkı toylara baxmaq kimi bir şey idi. Tozlu, dumanlı xatirələr, həmin xatirələrdə ön plana çıxan adlar, unudulan epizodik şəxslər, unudulmaz oyunlar bizim Qəbələ səfərimizə işıq saçırdı... 


...Rasim Abışovla söhbət məni ən çox qürurlandıran və kədərləndirən məqamlardan biri oldu. Abışov öz dövrünün ən yaxşı oyunçularından olub və hazırda Stavropol şəhərində uşaq komandasında çalışır. Bu adam Azərbaycandan əlini elə üzmüşdü ki, hətta 2014-cü ildə bitən xarici pasportunun (Rusiya vətəndaşıdır) vaxtını artırmamışdı. Biz Abışova zəng elədik, nitqi qurudu... Özünün dediyinə görə gecəni yatmayıb və səhər tezdən klubun bazasına yollanıb ki, məni Azərbaycana dəvət ediblər, biletimi alıb, filan qədər xərc çəkirlər. Klubun cavabı isə belə olub ki, PFL bizim işçi üçün bu fədəkarlığı edirsə, biz də Azərbaycan üçün fədakarlıq edib sənin pasportunu 3 günə alacağıq... Rasim Abışov bunu nəql edəndən sonra mənə müraciətdə dedi ki, "oyunun diskini mənə göndərin. Balalarıma göstərəcəyəm ki, Azərbaycanda mənə necə hörmət edirlər"... Bu sözləri deyib doluxsunmuşdu ki, İlham Məmmədovun əli onun çiyninə qondu və söhbət "Maradona"nın Almaniya sərgüzəştləri ilə davam etdi... 


Məmmədov şirin söhbət əsnasında bildirdi ki, 20 illik futbol karyerası dövründə belə bir təşkilatçılıq görməyib. 


...Mən bir daha əmin oldum ki, o vaxtkı kolletivlər indikindən çox çox yaxşı olub. İnternetin, komputer və digər cihazların olmadığı bir vaxtda veteranlar arasında daha çox canlı ünsiyyət olub ki, bu qədər maraqlı əhvalatlar meydana çıxıb. Xüsusən də “Qarabağ” veteranları arasında sanki bir ailə bağları vardı. Yaşar Hüseynovla Camaləddin Əliyevin başına yığışanlar bir qabdan yemək yediklərini danışanda insan özü də həmin kollektivin üzvü olmaq üçün özünü yaxına verir.


Eləcə də Vidadi Rzayevlə Yaşar Vahabzadənin söhbətləri insanda ovaxtkı “Neftçi” barədə fikir formalaşdırır.


...Əlbəttə,  nə vaxtsa həmin veteranlar arasında müəyyən intriqalar olub. Bəlkə də heyətə düşmək uğrunda mübarizələr meydana gəlib, mübahisələr yaranıb. Amma illər öncə olan həmin qarşıdurmalar Qəbələdə gülüşlə yada salınırdı. Məskunlaşdığımız otelin lobisində az qala səhərə qədər söhbət gedirdi, keçmiş yada salınırdı... Uğurlu gələcək ümidi ilə...


...Sözsüz, səfərin əsas məqsədi 19 il geriyə qayıtmaq, oyun təşkil etmək idi. Bunu hamımız birgə bacardıq. Lakin  oyun bu cür böyük qarşılaşmanın sadəcə bir hissəsi, epizodu kimidir. Həmin səfərdə o qədər yaddaqalan məqamlar oldu ki, 19 il sonra da xatırlanacaq...


Əsas məsələ odur ki, illər keçdikdən sonra xatırlanasan. Unudulmaq və unutmaq ən böyük dərddir. Tarix yazanları unutmayaq ki, tarixlər yazılsın...


Sevgilərlə ELGİZ ABBASOV

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X