15:13 06.07.2015 904

İyulun 9-da hamı Qəbələyə!

Anar Şabanoğlu


«Dinamo» - «Qəbələ» oyunu haqda artıq çox yazılıb. Gördüyüm bir-iki nüansa toxunub, futbol tariximizin azarkeşlər üçün ən utandırıcı olayına keçəcəm. 

Komandamız gürcülərdən həm büdcə, həm ustalıq, həm də təcrübə baxımından çox öndədi və cavab görüşündə böyükhesablı qələbə qazanmalıdı. Zenyov və Floresku kimi heyətə güc qatan yeni transferlər var. Sadəcə, Zenyovun ilk oyunda “dişsiz” hücumda oynadılmaması və Qriqorçukun gənc gürcülərə sürətdə açıq-aşkar uduzan müdafiəyə əl gəzdirməməsi sual dogurur. Hər iki qolda səhvə yol verən Bezotosnının durumu da narahatlıq yaradan məqamlardandı. 

Mətbuat konfrasında əhval-ruhiyyəsi və təbəssümü ilə mərhələni keçmiş kimi görünən Qriqorçuk bu məsələləri yəqin ki, dərindən təhlil edib, rəqibi darmadagın etmək üçün düzgün işlər görəcək. Buna isə komandanın potensialı tam imkan verir. Ən azı rəqibin zəifliyinə görə «Qəbələ» bu mərhələni asanlıqla keçməlidi. Əks təqdirdə iyulun 9-u Qriqorçukun Qəbələdə son günü olmalıdı! Bu boyda büdcənin, şəraitin və zəif rəqibin qarşılığında mərhələ keçmirsənsə və özünə zərrəcə hörmətin varsa, istefa verəcəksən! «Hələ oyunçular tam uygunlaşmayıb, funksional hazırlıgımz urəkaçan deyil" tipli bəhanələr cavab oyunundan sonra işləməyəcək. Bizə «Sumqayıt», «Zirə», AZAL üzərində qələbələr, «bəli, artıq funksional hazırlığımız da, futbolçuların uyğunlaşması da yerindədi» açıqlaması lazım deyil! Tiflisdə azlıqda qalan gənclərdən qurulmuş rəqibdən iki qol buraxmağın da, qorxaq futbolun da, bütün başqa məşqçi səhvlərinin də üstündən «cavab oyunu var» deyib keçirik.

Gürcü «sag ol»u

«Feysbuk«da həmvətənlərimizin Gürcüstanın fantastik inkişafı haqda yazdıqlarını oxuyandan sonra bu mənzərəni canlı görmək üçün səbirsizlənirdim. Amma yaxşı deyiblər min dəfə eşitməkdən bir dəfə görmək məsləhətdi. Əslində Tiflis haqda fikirlər qaraçıların məlum tərifindən başqa bir şey deyilmiş. Azərbaycanın ən geridəqalmış şəhərləri də daha çox inkişaf edib. Bakı ilə müqayisə isə ümumiyyətlə, mümkünsüzdü və bu haqda düşünmək belə haqsızlıq olar. 

Tiflisdə gözə girən bir-iki yeni binanı isə SOCAR tikib. Gürcülər Avropa Oyunları haqda agızlarından köpük tökülə-tökülə danışır və belə təşkilatçılığa həsəd apardıqlarını gizlətmirlər. Qonşularımız özlərini Qafqazın ən ağıllı, istedadlı, müasir (hərçənd UEFA Superkubokunun oyununa bilet satışını təşkil edə bilməməklə bu mif də dağıldı) xalqı saydığından, bizə münasibətdə paxıllıq meyllərini sezməmək mümkünsüzdü. Yuxarıdan aşağı baxdıqları Azərbaycandan əsrlər geridədilər. Düzdü, etiraf edirlər ki, az-çox dolanışıqları Azərbaycanın sayəsindədi. Sadə adamlar bunu saysız-hesabsız azərbaycanlı turistlərin ölkələrinə verdiyi xeyirdə görür. Ölkələr səviyyəsində daha qlobal yardımlardan ya xəbərsizdilər, ya da hesab edirlər ki, Azərbaycan dövləti zəifdi, onlara borcu var, onlardan qorxur və s. Bütün yardımlara baxmayaraq, Azərbaycana olan qısqanclıq və hörmətsizlik «Dinamo» - «Qəbələ»  oyununda da özünü açıq şəkildə göstərdi... Oyundan əvvəl stadiondan kənarda gürcülər «Sector 11» fanat qrupunun üzvlərinin əlindən Azərbaycan bayraqlarını aldılar, ayaqlayıb internetdə fotosunu paylaşdılar… 

Bayraqları bayraq edən üstündəki qandır!

Dünyada qəbul olunmuş qaydalara görə belə biabirçılıqdan sonra atributları qapdıran fanat qrupu könüllü sürətdə tarixin yaddaşına köçdüyünü açıqlamalıdı. Bu biabırçılığın qarşılığında cavab görüşündə qisas alsalar belə, daha sonra bu açıqlamanı verməlidilər. Amma deyəsən, belə fikirləri yoxdu, «4 nəfər idik və bizi təklədilər» deyirlər. 
Bayrağı saxlaya bilməyəcəksənsə, götürməyəcəksən! Bu bayraq uğrunda canından keçən saysız şəhidlər var. Türkiyə bayrağını İstanbulda təhqir edən «Lids» fanatlarının İstanbulda anındaca öldürülməsi də yaddaşlardadı. Ayaqlanan Azərbaycan bayrağına görə buna şərait yaradan dəstə dağılmalı, bunu edən gürcülər isə ən ağır cəzasını almalıdı! 

Vaxtilə Bakıda «Neftçi» azarkeşləri, polis, xalq «Qax, Zaqatala Gürcüstanındı» yazan şərəfsizləri layiqincə cəzalandırsaydı, belə hal bir daha təkrarlanmazdı. Amma biz tolerantlıq, qonşuluq, humanistlik etdik deyə, «Qəbələ»ylə oyunda eyni vəziyyət - ölkəmizin daha alçaldıcı şəkildə təhqiri təkrarlandı. Sıra Azərbaycandadı, Azərbaycan xalqındadı, Azərbaycan azarkeşlərindədi, azərbaycanlı ultrasdadı. Allahdan bu ləkəni silmək üçün iyulun 9-da Qəbələdə cavab görüşü var. Azərbaycan xalqının boğazından kəsilən pulları yeyib quduranlar ayaqlanan bayrağın, təhqir etdikləri Azərbaycanın hesabını elə Azərbaycanda verməlidi. Bayrağı ayaqlanan xalqın bu ləkəni yumaq üçün son şansıdı «Qəbələ» - «Dinamo» oyunu! Bu bir şərəf məsələsidi! Azərbaycanda nə qədər fanklublar, ultras, azarkeş dəstələri varsa, iyulun 9-da Qəbələdə olmalıdı və bu söhbəti bağlamalıdı ki, Azərbaycanın hesabına mövcud olan naşükürlər bunun əvəzinə ölkəmizin dəyərlərini bir daha təhqir etməsin! İlk növbədə ötənilki təhqiri cavabsız qoyan «Neftçi» azarkeşləri və iki il dalbadal torpaq iddiasina məruz qalan Zaqatala-Qax azarkeşləri cümə axşamı qonshu şəhərdə «Qəbələ»nin yanında olmalıdı! 

Bu oyunda Azərbaycanda ultras qruplarının, futbol azarkeşlərinin olub-olmaması, milli dəyərlərimizə davamlı təhqirlərə, ayaqlanan üçrəngli bayrağımıza görə gürcülərin cavabının verilib-verilməyəcəyi bilinəcək. Bu ləkə silinməzsə, Azərbaycan futbol azarkeşləri özlərinə başqa hobbi tapsınlar! 

İyulun 9-da hamı Qəbələyə!
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X