"Zirə" daha bir futbolçu ilə güclənib. Fanat.az xəbər verir ki, debütant ötən mövsüm Topaz Premyer Liqasının bombardiri olan Nurlan Novruzov sıralarına qoşulub.
“Bakı” klubu ilə razılığa əsasən Nurlan 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq Novruzovla müqavilənin müddəti artırıla bilər. Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa, 6 aydan sonra onunla müqavilənin müddətinin artırılması mümkündü.
Qeyd edək ki, Nurlanın adı bu yay Türkiyənin "Boluspor" və "Elazığspor" klubları ilə yanaşı hallanıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol