18:01 17.08.2015 752

"Gəncə şəhər stadionunun üstü bağlanacaq"

Gəncənin "Kəpəz" futbol klubunun icraçı direktoru Mehman Allahverdiyev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- İllər sonra böyük futbol Gəncəyə qayıtdı. "Kəpəz" Gəncədə ilk oyununu keçirib. Bu haqda nə deyərdiniz?
- Bəli, artıq komandamız Premyer Liqadadır və bu, sevindirici haldır. Bu, tək mənim, Gəncənin deyil, bütün Azərbaycanın sevincidir. Həmişə belə fikirləşmişik ki, Gəncə Azərbaycan futbolunun Məkkəsidir. SSRİ dönəmində respublikanın bir nömrəli komandası "Neftçi" güclülər dəstəsində çıxış edirdi. "Kəpəz" də "Neftçi"yə güclü oyunçular verdiyi üçün belə adlandırırdıq. Sergey Kramarenko, Mübariz Zeynalov, Maşallah Əhmədov, Yunis Hüseynov, Rauf İsmayılov, Vəli Qasımov, mən, həmçinin bir çox futbolçular yetişib. Avqustun 16-sı Gəncənin tarixinə düşüb. Bu tarixi Gəncənin bayramı da adlandırmaq olar. Azarkeşlərin sevincinin həddi-hüdudu yox idi.

- Ot örtüyünün vəziyyəti yaxşılaşdırılıb. Ancaq hələ də stadionda görüləsi işlər çoxdur...
- Bəli, özünüz şahidi oldunuz ki, stadionda nə qədər iş görülüb və görüləcək. Gördünüz ki, bizim ot örtüyümüzün vəziyyəti necədir. Deyərdim belə örtükdən təkcə "Qəbələ"nin stadionunda ola bilər. Mən klubun icraçı direktoru olmağıma baxmayaraq, hər işə qaçıram. Gərək bütün işləri öz gözümlə görəm. Şəhər rəhbərliyi sağ olsun, tapşırıqlarını verib və hamı yenidənqurma işlərində iştirak edir. Nəzərdə tutulub ki, stadionun üstü bağlansın. Bunun üçün İrandan mütəxəssislər gəlib baxıblar. Meydança ilə bağlı əcnəbi mütəxəssislər gəlirlər.

- Paytaxtla müqayisədə bölgələrdə daha çox azarkeş öz komandasına dəstək verir. Gəncə şəhər stadionunda 10 mindən artıq azarkeş oldu. Bu göstərici sizi qane etdimi?
- Fikirləşirəm ki, pis deyil. Burada heç azarkeşi çağırmaq lazım deyil. Özləri istəyib gəlirlər. "Zirə" ilə oyundan bir gün əvvəl komanda məşq edəndə nə qədər adamın gəldiyini görərdiniz. Qadınlar deyirlər ki, biz də oyunları izləmək istəyirik. İnanıram ki, qarşıdakı oyunlarda bu göstərici daha da artacaq.

- İlk ev oyununda gördük ki, azarkeşlər arasında heç bir problem yaşanmadı. Hətta tribunada söyüş söyən belə olmadı. Həm də kifayət qədər azarkeş gəlmişdi. Bundan sonra hər hansı problemin yaşanmaması üçün hansı addımlar atılacaq?
- Polis əməkdaşları ilə bizim söhbətlərimiz olur. Hamı insandır və başa düşür. Ona görə də hər şeyi sivil qaydada etmək lazımdır. Ancaq azarkeş də çərçivə daxilində olmalıdır. Avropa ölkələrində komanda aşağı dəstəyə düşür, azarkeşlər onları alqışlarla yola salır. Bu futboldur, hər şey ola bilər. İşlər isə yalnız qələbə istiqamətində gedir.

- Rəhbərliyin komandaya diqqəti necədir?
- Hər şey yaxşıdır. Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyev gəlir, yoxlayır, mütəmadi olaraq öz dəstəklərini verirlər. Şəhərin icra başçısı da öz köməyini əsirgəmir. Komandanın əsas heyətinə avtobus verilib, hətta əvəzedici komandaya da təqdim olunub. Bu təşəbbüs şəxsən Elmir Vəliyev tərəfindən irəli sürülüb. İnanıram ki, bizim komanda heç bir sahədə digər klublardan geri qalmayacaq.

- İstər Bakıda "Neftçi" (0:0), istərsə də Gəncədə "Zirə" (1:1) ilə oyunda "Kəpəz" yaxşı oyun göstərdi. Təbii ki, komandanın bu cür müsbət çıxışı Şahin Diniyevin əməyidir. Baş məşqçinin qarşısına hansı hədəflər qoyulub?
- Bu gün Diniyevin əməyi çox böyükdür. Çox müzakirələr apardıq və onun üzərində dayandıq. O, gözəl məşqçidir. Şahin müəllim Gəncə futbolunun psixologiyasını yaxşı bilir. Çünki əsl peşəkar məşqçidir və məşqçi savadı da çoxdur. Həm meydanda, həm də kənarda komanda ilə rəftarını görürəm. İlk məqsədimiz "altılığ"a düşməkdir. Ancaq hər kəs çalışır ki, imkan olacaqsa, ən azından Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparaq. Əvvəl "Kəpəz" yalnız çempionluq üçün oynayırdısa, indi reallıqla baxmalıyıq. İndi "Qarabağ" və "Qəbələ" kimi komandalar var. Kim bilir, bəlkə çempion olacağıq? Bunu heç kim deyə bilməz.

- Sonadək Şahin Diniyevlə davam edəcəksiniz?
- Bir də görürsünüz mətbuatda yazılar gedir ki, Mehman Allahverdiyev Şahini işləməyə qoymayacaq. Nə bilim başqa şeylər. İlk olaraq deyim ki, Şahin Diniyevi "Kəpəz"ə mən dəvət etmişəm. Açığını deyim, Şahin mənim dostumdur, qardaşımdır, məşqçimdir. Burda işləyənlərin hamısı peşəkarlardır. Şahin müəllimin işinə heç kim qarışmır. Sonra deyirlər ki, Mehman iş adamlarından pul yığıb borclarını ödəyir. Hamı bilsin, Mehman Allahverdiyevin özünə görə pulu var. Gedib heç kimdən borc almaz. Nə "Kəpəz", nə də Mehman Allahverdiyev dilənçi deyil. Bunlar hamısı boş söhbətlərdir. Kişi kimi yaşayıb, kişi kimi də öləcəyik.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X