22:56 23.08.2015 901

"Qarabağ" və "Qəbələ"də ilklər, "Neftçi"dən ilk qələbə

Topaz Premyer Liqasında III turun oyunları davam etdirilib. Fanat.az хəbər verir ki, ikinci oyun günəndə 3 qarşılaşma baş tutub.

Günün ilk oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Hesabı 51-ci dəqiqədə Araz Abdullayev açıb. 2 dəqiqə sonra Rəhman Hacıyev fərqi iki topa çatdırıb. 78-ci dədiqədə isə Nuran Qurbanov "Sumqayıt"ın təsəlli qoluna imza atıb. Bununla da "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb, "Sumqayıt" ilk məğlubiyyətini alıb. "Ağ-qaralar" ilk iki turda "Kəpəz"lə "sülh" bağlayıb (0:0), "İnter"ə uduzmuşdu (0:1). "Sumqayıt" isə "Rəvan" (0:0) və "Xəzər Lənkəran"la (1:1) oyunlardan bir хalla ayrılmışdı.

Son mövsümün bürünc mükafatçısı "Qəbələ" "Kəpəz"i qəbul edib. Bir qolun vurluduğu oyunda meydan sahibləri qələbə qazanıb. Matçın yeganə qolua 6-cı dəqiqədə Ermin Zets imza atıb. Bosniyalı futbolçu bununla da "Qəbələ"də qol hesabını açıb.

Son çempion "Qarabağ" isə AZAL-ın qonağı olubş. Ağdam klubu 2:0 hesablı qələbə qazanıb. Hesabı 44-cü dəqiqədə Mahir Mədətov açıb. "Bakı"dan transfer olunan futbolçu "Qarabağ"ın heyıtində ilk qolunu vurub. 65-ci dəqiqədə isə Dani Quintana "Qarabağ"ın ikinci qolunu vurub - 2:0. İspan futbolçu da ağdamlıların heyətində ilk qoluna imza atıb.  İlk turda "Qəbələ" ilə "sülh" (2:2) bağlayan "Qarabağ" ardınca "Rəvan"a qalib gəlmişdi (2:1). AZAL isə "Zirə" (0:1) və "Qəbələ"yə (0:2) boyun əymişdi.

"Qəbələ" ilk iki turda 4 хal qazanıbsa ("Qarabağ" 2:2, AZAL 2:0), "Kəpəz" iki хalla kifayətlənib ("Neftçi" 0:0, "Zirə" 1:1).  "Qəbələ" ilk iki turda 4 хal qazanıbmışdısa ("Qarabağ" 2:2, AZAL 2:0), "Kəpəz" iki хalla kifayətlənmişdi ("Neftçi" 0:0, "Zirə" 1:1). 

Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və "Xəzər Lənkəran" "Kəpəz"lə "sülh" bağlayıb (1:1). Tura sabah keçiriləcək "Zirə" - "İnter" oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, III tur

23 avqust
Neftçi - Sumqayıt 2:1
Qollar: Araz Abdullayev, 51. Rəhman Hacıyev, 53 - Nuran Qurbanov, 78.
Neftçi: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov (95. Elvin Bədəlov, 65), 6. Aylton, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov (19. Fəhmin Muradbəyli, 65), 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 27. Məqsəd İsayev (26. Kamal Qurbanov, 60).
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç,`16. Əziz Quliyev, 21. Samir Məsimov, 32. Orxan Bəşirov.
Baş məşqçi: Samir Əliyev.
Sumqayıt: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk (16. Elnur Abdulov, 60), 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 39. Emin Mehdiyev (15. Nodar Məmmədov, 65).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 24. Amit Quluzadə, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov. 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
Sarı vərəqələr: Aylton Silva, 80 (sistematik qayda pozuntusu). Aqil Məmmədov, 88 (oyunun bərpasını ləngitdiyinə görə) - Pərdis Fərcad-Azad, 45 (qeyri-idman hərəkəti). Cəmil Hacıyev, 90+3 (qeyri-idman hərəkəti).
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Bakcell Arena". 1500 tamaşaçı.

Qəbələ - Kəpəz 1:0
Qol: Ermin Zets, 6.
Qəbələ: 22. Dmitri Bezatosnı, 4. Elvin Camalov, 7. Ermin Zets (9. Sergey Zenyov, 69), 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 15. Vitali Vernudub, 19. Aleksey Qay, 34. Ürfan Abbasov (k), 44. Rafael Santos, 66. Samir Zərgərov, 69. Aleksey Antonov (10. Dodo, 46).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vojislav Stankoviç, 5. Georgi Floresku, 17. Qismət Alıyev, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Roman Qriqorçuk.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev (27. Bəxtiyar Soltanov, 67), 7. Juninyo (9. Murad Ağakişiyev, 86), 8. Budaq Nəsirov, 10. Federiko da Silva, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 19. Aleksandr Sitnik (15. Azad Kərimov, 78), 25. Şəhriyar Əliyev, 80. Tural Rzayev.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayıllı, 6. Ceyhun Cavadov, 23. Tural Nərimanov.
Baş məşqçi: Şahin Diniyev.
Sarı vərəqələr: Rafael Santos, 74 (qeyri-idman hərəkəti). Vitali Vernudub, 83 (qeyri-idman hərəkəti) - Budaq Nəsirov, 21 (qeyri-idman hərəkəti). Tural Nərimanov, 58 (qeyri-idman hərəkəti). Bəxtiyar Soltanov, 70 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 81 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ şəhər stadionu. 900 tamaşaçı.

AZAL - Qarabağ 0:2
Qollar: Mahir Mədətov, 44. Dani Quintana, 65.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 6. Tagim Novruzov (14. İlqar Ələkbərov, 60), 7. Tərlan Xəlilov (20. İsmayıl İbrahimli, 76), 8. Seymur Əsədov (k), 9. Aydın Qasımov, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı (17. Elmin Çobanov, 68), 24. Emin Cəfərquliyev.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 15. Rüfət Musayev, 19. Məhəmməd Bədəlbəyli, 28. Müşfiq Teymurov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 13. İbrahim Şehiç, 4. Eltun Yaqublu, 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov (k), 11. Elvin Məmmədov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov (10. Dani Quintana, 64), 29. Raydell Pupon, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev (2. Qara Qarayev, 64), 97. Mahir Mədətov (77. Cavid Tağıyev, 73).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 33. Elton Turabov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Rail Məlikov, 22 (qeyri-idman hərəkəti). Emin Cəfərquliyev, 27 (qeyri-idman hərəkəti). Tural Hümbətov, 57 (qeyri-idman hərəkəti) - Vüqar Mustafayev, 41 (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Dalğa Arena". 450 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

3

2

1

0

6-3

7

2

Qəbələ

3

2

1

0

5-2

7

3

Xəzər Lənkəran

3

1

2

0

4-2

5

4

Zirə

2

1

1

0

2:1

4

5

Neftçi

3

1

1

1

2-2

4

6

İnter

2

1

0

1

1-2

3

7

Sumqayıt

3

0

2

1

2-3

2

8

Rəvan

3

0

2

1

2-3

2

9

Kəpəz

3

0

2

1

1-2

2

10

AZAL

3

0

0

3

0-5

0

Bombardirlər

Riçard Almeyda (Qarabağ), Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 2.


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X