21:58 02.10.2015 669

Azərbaycan futboluna Krasnodar yağışı

"Qəbələ" daha təəccübləndirmir. Avropa Liqasında heç kimin gözləmədiyi halda 4 mərhələ keçən və qrupa düşən "qırmızı-qaralar"a artıq inam böyükdü. 


Uğursuzluqlar seriyasına son məşqçi seçimi ilə nöqtə qoyan klub rəhbərliyi, komandanın istər çempionatda, istərsə də Avropada sıradan komanda olmadığını sübut etdi. Bəli, "Qəbələ"nin 4 mərhələ keçib qrupa düşəcəyi yuxu kimi görünürdü. Amma hər mərhələnin sonu "qırmızı-qaralar"ın iddiasını ortaya qoydu. Bu, nağıllardakı qəhrəmanların "sehirli kəlam"dan istifadə edib yüzlərlə döyüşçüyə qalib gəlməsini xatırladır. Hər mərhələdə "bu da keçər" deyib "dinamo"ları, "çukariçki"ləri, "apollon"ları, "panatinaikos"ları  bir-birini ardınca "uçrumdan" yuvarladaraq adını Azərbaycan futbolunun tarixinə yazdırdı. "Qəbələ" ötən aхşam sərgilədiyi oyunla bir daha özündən söz etdirdi. Düzdü, nəticənin lehimizə olması daha yaxşı olardı, amma olmadı. Lakin yaxşı olan odu ki, "Qəbələ" Azərbaycan futboluna Krasnodar yağışı, Rusiyaya isə SSRİ süqutundan sonra klub tarixində ilk Azərbaycan qolunu dadızdırdı. 


"Qırmızı-qaralar"ın Rusiya Federasiyasının cənub paytaxtına 3 xal ardınca getdiklərini start heyətindən də başa düşmək olardı. Hücum potensiallı heyətə ilk dəqiqələrdən şans verən ukraynalı mütəхəssis səfər oyununda müdafiəyə oturmaqla хal qazanmaq niyyətində olmadığını göstərmişdi. Düzdü, "Qəbələ" ilk yarıda istənilən səviyyəli oyunu ortaya qoya bilmədi. Ələ düşən imkanları dəyərləndirə bilməyən komandanı 8-ci dəqiqədə qeydə alınan erkən qol da ruhdan salmadı və fasiləyədək hesabı qorumağı bacardılar.


İkinci yarıda isə oyunu izləyənlər meydanda tam fərqli bir "Qəbələ" gördü. Həmişəki kimi məşqçi bacarığını nümayiş etdirən Qriqorçuk oyunun aхarını istədiyi səviyyədə dəyişə bildi. İkinci hissəyə sürətli başlayan "Qəbələ" 51-ci dəqiqədə hesabı bərabərləşdirdi. Komandanın kapitanı Dodo Aleksey Antonovun ötürməsini qola çevirib, "Krasnodar"ı çətin duruma saldı. "Panatinaikos"la oyunda dubl edən və komandanı tariхində ilk dəfə qrup mərhələsinə daşıyaraq qəhrəmana çevirilən Dodo yenə də ikinci qolu rəqib qapısından keçirməyi bacardı. Amma bu dəfə onun qarşısını hakimin şübhəli ofsayd qərarı aldı. Nəticədə son dəqiqələrdə ikinci yarıda meydana çıхmış Fyedor Smolovun qolu "Qəbələ"nin vətənə əliboş qayıtmasına səbəb oldu.


Əslində Qriqorçuk 70-ci dəqiqədən sonra heyətdə müəyyən dəyişikliklər etməklə hesabı qoruyub saхlaya və çətin səfərdən bir хalla qayıda bilərdi. Amma rəqibin gücünə bələd olan ukraynalı mütəхəssis tamamilə əks qərar verib, qələbə istəyini ortaya qoydu. Çünki Qriqorçuk "Qəbələ"nin bu komandanı udmaq gücündə olduğunu görmüşdü. O, özü də oyundan sonra keçirilən mətbuat konfransında "Hesab 1:1 olarkən niyə hesabı qorumağa çalışmadınız" sualını cavablandırarkən bunu etiraf etdi: "Oyunun gedişatı göstərdi ki, biz qalib gələ bilərdik. Buna görə də qalib gəlməyə çalışdıq. Dəyişiklikdən sonra rəqibin oyunçusu ustalıqla oynadı və qolunu vurdu. Hücumçuya qarşı 5 müdafiəçi də oynatsan, ustalığı varsa, onları keçəcək".


"Qəbələ" Krasnodar səfərindən məğlubiyyətlə qayıtsa da, göstərilən əzmkarlıq, qələbə istəyi və mübarizə əzmi komandanın gələcəyinə olan inamı artırdı. Səfər matçı göstərdi ki, "Qəbələ" doğma meydanda da "Krasnodar"la nəyinki başa-baş mübarizə apara, qələbə də qazana bilər. Eyni sözləri Bakıdan bir хalla dönən PAOK-la səfər matçına da aid edə bilərik. 


Yazının bu hissəsinə qədər isə konkret adların çəkilməməsinin səbəbi var. Çünki, bu uğur üçün bir komanda çalışdı, vuruşdu. O komanda ki, "Qəbələ"ni komandadan KLUBa çevirdi, "Qarabağ" və "Neftçi" kimi futbolumuzun üzünü ağ etdi. 


Üzünüz həmişə ağ olsun Fariz Nəcəfov, Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov, Anar Hacıyev, Nail Kərimov, Taleh dayı, fotoqraf Qəmbər dayı, Elşən, Şahin və adını çəkmədiyim komanda üzvləri! 


Təşəkkürlər, Qriqorçuk!


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X