"Kəpəz" yeni futbolçu sifariş edib. Fanat.az хəbər verir ki, Gəncə klubu yeni transferi Julien Ebahın adını PFL-ə təqdim edib.
25 yaşlı kamerunlu futbolçu "Kəpəz"in heyətində 90 nömrəli formanı geyinəcək. Baş məşqçi Şahin Diniyev şans verəcəyi halda o, sabah "Sumqayıt"a qarşı oynaya biləcək.
Fanat.az