15:53 04.10.2015 807

“Neftçi” Çingiz Abdullayevin Azərbaycan dilində danışdığı kimi oynayır

“Neftçi” yenə uduzdu. Bu dəfə debütant “Zirə”ylə oyunda meydanı başıaşağı tərk etdilər. 7 oyuna 2 qələbə qazanan, Azərbaycanın “flaqman”ı adını mənimsəmiş bir klubda futbol adına əsər-əlamət yoxdu.


Qələbə oyuna qədər əldə edilir

Düzdü, bunu komandanın başbilənlərinə desən etiraz edərlər, qarşına elə fakt qoyarlar ki, matdım-matdım baxmağa məcbur olarsan. 

“Neftçi”də nə komanda oyunu var, nə peşəkarlıq çatır, nə də... Ağ-qaraların şərəfini qoruyan futbolçular nə üçün meydana çıxdıqlarını bilmirlər. Yalnız qapıçı yerindədi. Kim hara gəldi qaçır, kim nə istəyir onu da edir. Sanki məhəllə futbolu oynayırlar.

Əllərində isə gözəl bir bəhanə var: “Neftçi”də quruculuq-abadlıq işləri gedir. Komanda gəncdi, vaxt lazımdı ki, futbolçular bir-birlərinə öyrəşsinlər". Bəs, Premyer Liqaya bu il qədəmlərini basmış “Zirə” necə oynayır? Heyətlərində dünya səviyyəli futbolçular yoxdu. Onlar qələbəni necə qazanırlar? Deməli, hər şey komandanın qurulmasından gedir. Əgər hər şey diqqətdədisə, futbolçu meydana nə üçün çıxdığını bilirsə, məşqçi korpusu ona vəzifələrini anladıbsa uğur qaçılmazdı. Əks halda “flaqman”ın aqibətiylə hər kəs üzləşəcək.

Məğlub "Neftçi"

Bəli, “Neftçi”də sistem düzgün qurulmayıb. Baş məşqçi Samir Əliyevin “Zirə”ylə oyundan sonrakı açıqlamasına diqqət yetirin:

“Oyuna piş başlamadıq. Lakin rəqib bəzi səhvlərimizdən yararlandı. İlk hissəni məğlub başa vurduq. Daha sonra Fəhmin Muradbəylinin qırmızı vərəqə alması bizi pis vəziyyətdə qoydu. Bəziləri “Qarabağ”la matçdan sonra özlərini yetişmiş, püxtələşmiş oyunçu hesab edir. Həmin adamlarla söhbətimiz olacaq. Fəhmin isə hərəkətinə görə mütləq cəzalanacaq. 19 yaşlı oyunçu belə hərəkət etməməlidir. Məğlubiyyətdə isə mən də daxil olmaqla hər kəsin günahı var”.

Adam açıq-aşkar etiraf edir ki, futbolçular özünü yetişmiş, püxtələşmiş hesab edir. Bu nə deməkdi? Bəs, sənin görəvin nədi? Komandanın baş məqçi postuna nə üçün gəlmisən? İşin futbolçularına “qol vurun” deməkdi? Bu da olmayanda əlindəki kağız parçasını yerə tullamaqdı? Oyunçunu meydanda etdiyi hərəkətə görə cəzalandırmağa ehtiyac yoxdu. Bu hakimin işidi. Baş məşqçi isə bunu öncədən görməlidi ki, futbolçu ot örtüyünün üzərində nəyə görə mübarizə apardığını bilsin. Azərbaycan reallığıdı. Bizdə mənəm-mənəmlik həmişə ən ümdə məsələ olub. Meydana çıxan futbolçu bir qol vurubsa, özünü dünyanı fəth etmiş sultan sanıb.

Futbolda isə qələbə meydanda olmur. Oyuna çıxana qədər artıq əldə edilir.

Cərimə zərbəsinin iki adaxlısı var

Samir Əliyevin oyun şərhi bununla yekunlaşmır. Cərimə zərbəsini yerinə yetirmək üçün Anete ilə Ruslan savaşına da aydınlıq gətirib: “Oyundan öncə bölgü olur. Biz cərimə zərbələrini Anete və Ruslan Qurbanova tapşırmışdıq. Hər ikisi qol vurmaq istəyirdi  və yəqin buna görə cəriməni yerinə yetirmək üstündə mübahisə yarandı”.

Anete - Ruslan Qurbanov

Görün, baş məşqçi nə danışır? Normal ölkələrdə bu sözlərə görə baş məşqçini elə fitə basardılar ki, o bir daha bu posta göz dikməzdi. Cərimə zərbəsi qızdı ki, iki adaxlısı olsun? Qızın valideynləri də kimdən xoşu gəlirsə, yaxud da kimin daha çox pulu varsa ona ərə versin? Təsəvvür edin, “Barselona”nın hansısa futbolçusu rəqibin cərimə meydançasının yaxınlığında yıxıblar. Messi ilə Neymar topu qapıya göndərmək uğrunda dalaşırlar. Gülməlidi, elə deyilmi? 

Cərimə, künc, 11 merlik zərbələri məşqçi heyəti öncədən, günlərlə, aylarla futbolçuların etdiyi məşqlərdə müəyyənləşdirirlər. O başqa məsələ ki, futbolçu oyunda sevimli nöqtəsindən bir-iki dəfə uğur qazanmayanda onu kimsə əvəzələyir. Bu, bir peşəkarlıqdı. Baş məşqçinin işi təkcə "11-liy"i müəyyənləşdirmək deyil, həm də komandanın meydana hazırlaşdırmaqdı. Bunun üçün isə sistem düzgün qurulmalıdı.

“Neftçi”nin istər “Zirə”, istərsə də bundan öncəki turda “Qarabağ”la oyunda nə istədiyi bilinmirdi. “Öz fəlsəfəmiz var və onu tətbiq etməyə çalışırıq”, deyən Samir Əliyev yəqin ki, uduzmaqlarını nəzərdə tuturmuş.

***

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan dilində necə danışırsa, komandasının futbolçuları da elə oynayır: pərakəndə, dağınıq, nə istədiklərini, nə etdikləri özləri də bilməyən futbol.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X