AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın VII turunda keçirilən "İnter" - "Qarabağ" oyunu ilə bağlı sərt qərarlar qəbul edib.
Belə ki, oyunun 90-cı dəqiqəsində hakimlər briqadasın təhqir edən "İnter" qapıçısı Georgi Lomaya, 3 dəqiqə sonra isə hakimlər briqadasına qarşı təhqir edici jest və ifadələr işlədən "bankirlər"in futbolçusu Zurab Xizanişvili 4 oyunluq cəzalandırılıb, klub hər oyunçuya görə 4000 manat cərimələnib.
Oyun başa çatdıqdan sonra "İnter"in nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir edib. Buna görə o, 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə olunub. "Bankirlər" həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün əlavə 1000 manat də ödəyəcək.
Belə ki, AFFA "İnter"i 14000 manat cərimə edib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol