16:15 07.10.2015 841

"Qurban Qurbanovun övladları mənə "baba" deyir" – Ramin Musayev

Azərbaycan Kubokunun püşkatma mərasimindən sonra Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. 

- Azərbaycan Kubokunun sponsoru tapıldı?

- Axtarmadıq.

- Ölkə kubokunun da yayım hüququ "CBC Sport"a veriləcək?

- Yəqin ki. Çünki CBC-dən yayımla bağlı həm klub, həm də futbolsevərlər razılıq edirlər.

- Bu mövsüm I Divizion oyunlarının yayımı nəzərdə tutulub?

- Hələ təzə başlamışıq. I divizion da göstəriləcək, hələ çalışacağıq ki, Həvəskarlar Liqası da göstərilsin.

- "CBC Sport" geniş layihə götürüb. Sizcə, sonadək belə davam edəcək?

- Hamımız arzu edək ki, sonadək getsin. Mən deyirdim ki, bizim çempionat digərlərindən elə də fərqlənmir. Ancaq CBC-nin yayımından sonra sübut olundu ki, bu, belədir. Sözsüz ki, onların da reklamla bağlı qazancları olacaq. Çalışmalıyıq ki, yaxşıdan istifadə edək və sonsuzluğa doğru gedək. Yaxşı oyun nümayiş olunacaqsa, oyun vaxtı reklamdan pul yığılacaqsa, daha uzunömürlü olacaq.

- "Qarabağ" - "İnter" oyunundan sonra Elvin Əsgərov bildirmişdi ki, Qurban Qurbanovun jesti hakimlərə qarşı hörmətsizlikdir...

- Mənim fikrimcə, penalti vardı. Qurbanov da deyir ki, yarı-yarıyadır. Hərəkətini isə müsbət qiymətləndirirəm. Həmin epizodda hakimlərimizin yarısı penaltinin olduğunu, yarısı isə olmadığını dedi. Sırf Qurban müəllimin hərəkətinə gəlincə, mənə elə gəlir ki, özünə hörmət edən insan buna müsbət yanaşar. Bu, yekəxanalıq deyil, onun insanlığıdır. 

Hamı bilir ki, biz Qurbanla ailəvi dostuq. Onun övladları mənə "baba" deyir. Amma bunun işə dəxli yoxdur. Ola bilsin, cavandır, epizod ona pis təsir edib. Ancaq dərindən fikirləşəndə Qurbanov böyük adamdır. Fikir verdinizsə, Rəşad Sadıqov "Tottenhem"lə oyunda əzələsini dartdı, rəqib 

qol vurdu. Bu, centlmenlik deyil. "Qarabağ" - "Neftçi" oyununda da həmçinin. "Neftçi" - "Bakı" oyununa 8 kamera aparmışdıq. 6 rakursdan baxdıq, təmiz penalti yoxdur və hakim səhv idi. Oyundan sonra iclasda olan adamların hamısı Elçin Məmmədov haqda mənfi fikirdə idi. Amma 1 epizoda baxandan sonra gördük ki, penaltidir. Siz elə bilirsiniz ki, mübahisəli məsələlər bizə xoş təsir bağışlayır? Həm klub, həm azarkeş, həm də hakimlə pis oluruq. Amma olanda olur. Şükürlər olsun ki, bizdə bilərəkdən səhvə yol verən hakim uzaqlaşıb, yoxdur. Hər bir klub üçün bir xalın qiyməti var. Bu, büdcədən asılı olmayaraq belədir. Mənə elə gəlir ki, bu gün Azərbaycanın iki komandası Avropa Liqasında oyunlarını davam etdirirsə, yəqin ki, burada hakimlərimizin də əziyyəti var. Tapşırıqla, göz-qaşla olsaydı, nəticə belə olmazdı. Budur, haqq-ədalət. "Qarabağ" və Qəbələ rəhbərliyi heyətdə dəyişiklik etdi, gücləndi. Kim inana bilərdi ki, bu gün 2 komandamız avrokuboklarda olacaq? Vaxt olub ki, hakimə "Filan komanda uduzmalıdır" göstərişi verilirdi. Mən "Neftçi"də olanda "Turan"la qarşılaşmada başımıza oyun açdılar. Olmayan "qırmızı"lar verirdilər. Şahid də var. Ancaq indi düzgünlük, haqq-ədalət var.

- Bəlkə bu, Qurban Qurbanovun hakimə etibarsızlığından irəli gəlir?

- Yox, hamımız bilirik ki, Qurbanov həm yaxşı futbolçu olub, həm də yaxşı baş məşqçidir. Onun hər kəlməsi İnşallah, Allahu-əkbərdir, yəni, din adamıdır. O, həmişə haqqın, düzgünlüyün tərəfindədir. Hakim kimi məşqçi də səhv edə bilər. Niyə heç kim oyunçusuna demir ki, filan yerdə səhv etdin? Danışaq ki, komandada nə problem var? Camaat hay-küylü şeyləri xoşlayır, axı. Ancaq yapışırıq Xaqani Məmmədov, Əliyar Ağayevdən. "Ay klub, hara baxırsan?" deyə klublardan yapışmaq lazımdır.

- Azərbaycanda futbola maraq həddən artıq azdır...

- Niyə azdır? "Qarabağ" Avroliqiada oynadı, nə qədər tamaşaçı gəldi?

- Əyalət klubu "Qəbələ" "Xəzər Lənkəran"la oynadı, heç 1000 nəfər yox idi. "Neftçi" ölkənin ən köklü klubudur, amma oyunlarında 1000 tamaşaçı olmur...

- O yağışda kim gələr? Gəncədə, Tovuzda nə qədər azarkeş olur? Sumqayıt şəhərində futbola böyük həvəs var. Bu, baş məşqçinin, futbolçuların davranışından irəli gəlir. "Qarabağ"ın azarkeşləri yetərincədir. "Qarabağ" - "Neftçi" oyununda neçə azarkeş vardı? Hələ heç kim bilmirdi ki, oyun harada keçiriləcək. Vaxtilə AFFA prezidenti Rövnəq Abdullayev "Klubları bölgələrə bölmək lazımdır" deyirdi. Bakının klubu çoxdur, hansına azarkeşlik edəsən? Əvvəl oyuna 12 nəfər gəlirdi, 8 jurnalist və 4 PFL işçisi. Ancaq indi nə qədər adam gəlir?

Mənbə: report.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X