"Neftçi"nin əsas və əvəzedici komandaları yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi əsas heyət "Rəvan"la qarşılaşıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionundabaş tutan oyunda "Rəvan" 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna Məmməd Quliyev imza atıb.
"Neftçi"nin əvəzediciləri isə "Qarabağ"ın əvəzedici heyəti ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol