AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - İtaliya oyunu qonaqların 3:1 hesablı qələbə qazanıb. Fanat.az xəbər verir ki, matçdan sonra İtaliya yığmasının və Fransanın “Monako” klubunun hücumçusu Stepan Əl-Şəravi jurnalistlərin sualların cavablandırıb:
"Mərhələ adlamaq baxımından çox vacib qələbə qazandıq. Oyuna bir həftəyədək hazırlıq keçmişdik. Meydançada ürəyimizi qoyduq. Fransaya yollanacağımızdan çox şadıq".
Əl-Şəravi Avropa Liqasında “Monako”nun heyətində “Qarabağ”a qarşı oynayacaq. O, həmin qarşılaşmalarla bağlı fikirlərini bildirib: "Çox yaxşı təşkilatlanmış komandaya qarşı çıxış edəcəyik. “Qarabağ”ın yaxşı komanda olduğunu bilirik. Ona görə də matça tam köklənəcəyik. Təsəvvürlərim bu oyundan başlayır. Azərbaycan millisi fərdi cəhətdən hazırlıqlı futbolçulardan ibarət kollektivdi. 4 oyundu uduzmurdunuz və buna görə çox ciddi hazırlaşmışdıq. Azərbaycan millisinin oyununu çox bəyəndim".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol