Albaniya millisinin və "Qarabağ"ın sabiq mərkəz müdafiəçisi Admir Teli Bakı şəhərini hələ də unuda bilməyib. Fanar.az qaynar.info-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bu sevgini göstərmək üçün itinin adını "Baku" qoyub.
Qeyd edək ki, bu amil bizdə yaxşı qarşılanmasa da, Avropada sevimli yerlərin və ya komandaların adlarını ev heyvanlarına qoymaq dəbdir.
Xatırladaq ki, Türkiyədə "Hacəttəpə" klubunda çıxış etdikdən sonra Admir Teli 2009-cu ildən "Qarabağ"da çıxış edib. Müqaviləsinin müddəti başa çatan futbolçu bu yay komandadan göndərilib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol