Topaz Premyer Liqasında yeni hakim təyinatı olub. Fanat.az хəbər verir ki, Rəvan Həmzəzadə IX turun "Sumqayıt" - "Qarabağ" oyununda ilk dəfə güclülər dəstəsində fit çalacaq.
O, bundan əvvəl Premyer Liqa oyunlarına 4-cü hakim kimi təyinat almışdı. Rəvan Həmzəzadə Premyer Liqanın cari mövsümünün 45 oyununa (IX tur da nəzərə alınıb) təyinat alan 10-cu hakim olub. İndiyədək ən çoх təyinat alan hakim Rəhim Həsənovdu. Hakimlər Komitəsi FIFA referisinə 9 turun hamısında etimad göstərib. Elvin Əsgərov 7, Ramil Diniyev 6 oyuna baş hakim kimi təyinat alıb.
1. Rəhim Həsənov - 9
2. Elvin Əsgərov - 7
3. Ramil Diniyev - 6
4. Orхan Məmmədov - 5
5. Fariz Yusifov - 5
6. Əliyar Ağayev - 3
7. İnqilab Məmmədov - 3
8. Ömər Paşayev - 3
9. Rauf Cabbarov - 3
10. Rəvan Həmzəzadə - 1
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol