Qurban Qurbanov "Sumqayıt"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi bunları deyib:
“Əlbəttə ki, məğlub olmaq istəməzdik. “Sumqayıt” yaxşı oynadı, onlar üçün yaxşı qələbə alındı. Samir Abbasova uğurlar arzu edirəm. Samir futbolçu olduğu vaxt həmişə əziyyət çəkib, zəhməti ilə uğur qazanıb və hər bir oyunçuya örnək olub. Məğlub olmağımıza baxmayaraq, Samirin uğuruna sevinirəm. Məğlubiyyətə baxmayaraq, öz oyunumuzdan razı qaldım. Çempionatımızın ən sürətli, ən gərgin oyunlarından biri alındı. Hazırda sıx qrafik var, futbolçuları oyunlara hazırlamalıyıq. Bir daha Samir Abbasovu və komandasını təbrik edirəm, çox istəkli idilər”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol