
Avropa Liqasının "Qarabağ" - "Monako" (Fransa) matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı rumın ədalət təmsilçilərinə tapşırıb.
Oyun Kristian Balaj idarə edəcək. Ona Ovidiu Artene və Valentin Avram yardımçı olacaq. Dördüncü hakim funksiyasını Mirça Qriqori yerinə yetirəcək. İstvan Kovaç və Radu Petresku isə bu oyuna əlavə köməkçi hakimlər kimi təyinat alıb.
Kristian Balaj "Qarabağ" üçün tanış hakimdi. Belə ki, o, 2010/11 mövsümündə Avropa Liqasının "pley-off" mərhələsində "Borussiya" (Dortmund) - "Qarabağ" matçını idarə etmişdi. Almanların 4:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda rumın referi komandamızın üzvlərindən heç kimi cəzalandırmamışdı.
Kristian Balaj həmçinin ötən mövsüm Avropa Liqasının III təsnifat mərhələsində baş tutan "Neftçi" - "Çiхura" oyununu da idarə etmişdi. Qarşılaşma 0:0 hesabı ilə başa çatmışdı. "Neftçi" səfxərdə 3:2 hesablı qələbə qazanaraq mərhələ adlamışdı.
Fanat.az