
"Bəzən belə oyunlardan öncə sevincli oluruq. Amma necə məsuliyyət daşıdığımızı da başa düşürük. "Monako" güclü rəqibdi. Qrupda hələ də məğlub olmayan komandadı. Hazırlıq üçün elə də çox vaxtımız olmadı. Çünki gərgin qrafiklə oynayırıq. Lakin hələ də vaxtımız var. Yaxşı oyun sərgiləmək istəyirik. Mütləq sonadək mübarizə aparmalıyıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Heyətlə bağlı dəyişikliklərdən danışan Qurbanov bunları deyib: "Heyətlə bağlı dəyişiklik təbii ki, olacaq. Məsələn, hücumçuları dəyişdiririk. Çünki heyətdə itkilərimiz var. Komanda üzərində təzyiq var. Futbolçular üzərində belə təzyiq olması bəzən müsbət effekt də verir. Belədə daha çox oyunu düşünməli olurlar. Ümid edirəm ki, stadionda çoxlu azarkeş olacaq. Reynaldonun yerində kimi oynadacağımıza sabah qərar verəcəyik".
Baş məşqçi azarkeşlərlə bağlı da danışıb: "Ümid edirəm ki, azarkeşlərin sayı sabaha qədər artacaq. Sabah da onlar bizlərlə olacaq. Ola bilər hansısa çatışmazlıqlar var, biz bilmirik. Ancaq düşünmürəm ki, onların oyuna marağı azdır.
Qurbanov sabah fərqli oyunun olacağını deyib: "Fərqli olacaq. Daha sürətli oyun gözləyirik. Düzdü, çətin olacaq. Amma Fransadakı matçla müqayisədə oyunun sürətində fərq olacaq. Bu oyundan sonra inşallah, “Qarabağ”ı Fransada daha yaxşı tanıyarlar".
Fanat.az