"Qarabağ"ın əsasən orta xətt oyunçuları güclüdü. Fransada necə oynamışdıqsa, sabah da o cür çıxış etməyə çalışacağıq. Fikrimiz qələbə qazanmaqdı". Fanat.az xəbər verir ki, bu sözləri "Monako"nun baş məşqçisi Leonardo Jardim deyib.
Bu gün Bakıda mətbuat konfransı keçirən rəqib çalışdırıcı sabahkı oyunla bağlı fikir bildirib: “Qarabağ”ın “Yanq Boyz”la oyunu izləmişik. Bilirik ki, güclü rəqibə qarşı oynayacağıq. “Qarabağ” güclü komandadı. Sabah öz ölkəsində oyun keçirəcək. Bu, bizə çətinlik yaradacaq. Amma biz qrupdan çıxmaq istəyirik".
"Bukmeker kontorlarına pul qoymalı olsanız, hansı komandanın qələbəsini yazardınız" sualına baş məşqçi belə cavab verib: "Hər iki komandanın qələbəsinə pul qoymaq olar. Ancaq indidən nəsə demək olmaz. Biz qrupda yerimizi qorumaq üçün qələbə qazanmalıyıq".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol