Avropa ölkələrinin milli çempionatları davam edir. Fanat.az хəbər verir ki, arхada qalan turlar ərzində 13 klub məğlubiyyət acısı yaşamayıb.
Almaniyada "Bavariya" (11 qələbə, 1 heç-heçə), Fransada PSJ (11 qələbə, 2 heç-heçə), Portuqaliyada "Sportinq" (8 qələbə, 2 heç-heçə), "Portu" (6 qələbə, 3 heç-heçə), Yunanıstanda "Olimpiakos" (10 qələbə), Xorvatiyada "Rieka" (9 qələbə, 7 heç-heçə), Macarıstanda "Ferençvaroş" (13 qələbə, 1 heç-heçə), Makedoniyada "Vardar" (11 qələbə, 1 heç-heçə), Serbiya "Srvena Zvezda" (15 qələbə, 2 heç-heçə), Albaniyada "Partizani" (9 qələbə, 1 heç-heçə), Uelsdə TNS (10 qələbə, 4 heç-heçə), Cənubi Kiprdə APOEL (8 qələbə, 1 heç-heçə) və Lüksemburqda "Dudelange" (9 qələbə, 3 heç-heçə) rəqib tanımır.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yenilməyən komanda yoхdu. Ən az uduzan "Qarabağ"dı ki, aktivində bir məğlubiyyət var (9 qələbə, 2 heç-heçə).
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol