14:00 11.11.2015 962

"İndi görüm, məni necə təsvir edəcəklər?!" - MÜSAHİBƏ

Mehman Süleymanov: "İndiyədək "feysbuk"dakı dostlarımdan 250-nə təbrik yazmışam" 


Mehman Süleymanovun ad günü təbrikləri! Hər halda, əksəriyyətimiz "feysbuk"da ad günümüzün bildirişi olanda dərhal yadımıza "Mişa"nın təbrik oçerki düşür. Maraqla gözləyirik ki, "bulaq çoşacaq” və təbrik yazısı monitorda görünəcək. Qısa vaxt ərzində gündəmi zəbt edən Mehmanın bu ideyası haqda çoxdan danışmaq istəyirdik. Uyğun şans kimi PFL-lə birgə Azərbaycan Premyer Liqasında son turun "Qəbələ" - "İnter” matçına yollanarkən elə avtobusdaca həmkarımla bu mövzuda söhbətləşdik. Sportnet.az saytına müsahibə verən Süleymanov söhbətə belə başladı... 


- Düzü, qarşıma mütləq olaraq belə plan qoymamışdım. Sadəcə, rusların bir sözü var - "spontan”, yəni gedişatdan asılı olaraq bu ideya təşəkkül tapdı. Tarixçə keçən il ötən il oktyabrından - uzun illər çalışdığım "Futbol+” və adıçəkilən qəzetin baş redaktoru Mahir Rüstəmliyə ünvanlanan təbriklərlə başladı (uyğun olaraq, 21 və 22 oktyabr). İlk redaktorum Vüsal Mahmudovun rəhbəri olduğu Futbolinfo.az saytının 1 yaşı tamam olanda da təbrik yazmışdım. O vaxtdan başlatdığım iş yazı formasını aldı və tədricən həvəs oyandı. Ötən ilin noyabrında İlkin Xəlilovun da ad gününü təbrik etdim və bu, ürəyimcə olan yazılardan biri kimi alındı. Beləcə bu təbriklərlə marafona başladım. Ancaq sistematik olaraq bu ildən layihəyə start verdim. 



- Hər halda, yazıları xeyli adamın "layk” etməsi və şərhlər yazması da diqqətin böyük olduğunu göstərdi... 

- Açığı, mən belə reaksiya olacağını gözləmirdim. Tədricən bu işi layihə halına saldım. Hətta məni görəndə çoxları ad gününün vaxtını xatırladır və mənlə şəkil çəkdirənlərin sayı artırdı. Belədə marağın böyük olduğunu qəbul etdim. Hətta bir çoxları mənim yazılarımı oçerk kimi saytlarında yerləşdirdi. Bu, elə əslində insanın fəaliyyəti haqda təbrik oçerki sayıla bilər. Çalışıram hər dəfə fərqli fikirlərdən istifadə edim. Deyək ki, hər hansı futbolçu klublarımızın birinə transfer olunur. Biz jurnalistlər dərhal onun karyerası haqda təqdimat yazırıq. Mənim layihəm də idman jurnalistlərini bu formada tanıdır. Onların arasında klub əməkdaşları da olub. Bu layihəmin əsas məqsədlərindən biri idman jurnalistlərini tanıtmaqdır. 


- Yazını "feysbuk"da paylaşanda bir xeyli adamı "taq” edirsiniz. Niyə? 

- İstəyirəm bu yazıda çoxlarının adı hallansın. Onu da əsaslandırıram. Həmin adamlar başqalarına yaxın olduqlarını hiss edirlər. 


- Niyə hansısa saytda yox, "feysbuk"da yazırsınız? Hər halda, jurnalistlər yazını feysbukdan götürüb sayta qoyur. Saytda daha geniş çərçivədə işıqlandıra bilərdiniz... 

- Mən 2013-cü ilin sentyabrından "Qəbələ İK” qəzetində çalışıram. Buna qədər 6 il 9 ay apasport.az-da işləmişəm, onun yaradıcılarından biri olmuşam. Klub qəzetinə gələndən profilim dəyişib. Mən feysbukda istəyimi, "baqaj”ımı daha rahat paylaşıram və ordan götürüb saytlara yerləşdirirlər. Bir çoxları, xüsusən də sportinfo.az saytı bu təbrikləri mütəmadi işıqlandırıb. Futbolxeber.az, Qol.az, Fanat.az və digər saytlar vaxtaşırı istifadə edib. 



- Növbəti il də yenə ad günü təbriklərini təkrar etmək istəyirsiniz? 

- Hər halda, eyni məlumatları yenidən yazmaq uyğun olmazdı. Lakin yadımdan çıxan jurnalistlərlə bərabər, bir çox futbol adamlarını da tanıtmaq istəyirəm. Hansılar ki, onlar haqda heç yazmamışam. Ancaq növbəti il üçün ad günü ilə bağlı başqa layihəm var. Sürpriz olsun deyə, açıqlama vermək istəmirəm. 


- Reallaşdırdığınız ad günü layihəsi ilə nəyə nail oldunuz? 

- Məqsəd qoydum ki, bu layihə davamlı olsun və onun necə rezonans doğuracağı mənə maraqlı idi. Məncə, uğurlu oldu. İnsanların diqqətini çəkdisə, demək maraqlıdır. Hər halda, 1-2 nəfər desəydi, başqa məsələ. Bu qədər adamın xoş sözləri səmimiyyətdən xəbər verir. 


- İndiyədək nə qədər insan haqda təbrik yazısı yazmısınız? 

- 250-yə yaxın olar. Təbriklərim əsasən "feysbuk"dakı dostlarımla bağlıdır. Bunların sayı isə 500-dən bir az çoxdur. Hardasa yarısına təbrik yazmışam. Bunlar arasında həmkarlarım çox olsa da, futbolçular, məşqçilər, futbol adamları, mətbuat xidməti rəhbərləri, futbola, idmana bağlı olmayan dost-tanışlar da var. 



- Maraqlıdır, bəs bu qədər təbrik yazan Mehman Süleymanov kimdən təbrik eşitmək istəyir? 

- Mənim ad günüm martın 18-də olub. Həmin vaxt mənə 100-ə yaxın təbrik gəldi. Hər birinə ayrılıqda təşəkkürümü bildirdim. Vüqar Xiləli statistik xarakterli maraqlı, qeyri-adi yazı yazmışdı. Rahib Səmədov, Tengiz Məmmədov, Tahir Hümbətov və bir çoxları da təbriki yazı formasında ünvanlamışdı. Öz ad günümdə yazılan təbriklər mənə tramplin oldu. Növbəti ad günümdə müraciət ünvanlayacağam görüm, kim məni necə təbrik edəcək?! Bu 3 cümlə də ola bilər, 15 cümlə də. Mən öz təbriklərimlə bir rəssam kimi insanın portretini, cizgilərini yaradıram. İndi görüm, məni necə təsvir edəcəklər?! (gülür).

 

Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X