
"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin çıxış etdiyi Türkiyənin "Əskişəhərspor" klubu məşqçi axtarışlarına davam edir.
Fanat.az xəbər verir ki, cari mövsümdə iki məşqçi - Mixail Skibbe və ardınca İsmail Kartalla yollarını ayrılan əyalət təmsilçisində 3-cü çalışdırıcının kim olacağı maraqla gözlənilir.
3-cü dəfə məşqçi seçimində yanılmaq istəməyən klub rəhbərliyinin ilk olaraq Sərgən Yalçınla görüşdüyü bildirilir. Son olaraq "Sivasspor"da çalışan Sərgən isə öz növbəsində düşünmək üçün vaxt istəyib. Digər namizədlərdən birinin də Mesut Bakkal olduğu qeyd olunur. Yerli məşqçilərlə yanaşı, klub prezidenti Məsut Hoşcanın Azərbaycan millisinin baş məşqçisi Rober Prosineçki ilə görüşdüyü də məlum olub. Bu barədə məlumatı Türkiyənin "Ajanshaber" agentliyi yayıb.
Qeyd edək ki, "Əskişəhərspor" Türkiyə Super Liqasında 11 turdan sonra 4 xalla turnir cədvəlinin əl aşağı pilləsindədi.
Fanat.az