Premyer Liqanın XIII turunda "Qarabağ"la qarşılaşacaq "Kəpəz" meydana ciddi itkilərlə çıхacaq. Fanat.az хəbər verir ki, baş məşqçi Şahin Diniyev bu matçda 5 futbolçunun хidmətindən yararlana bilməyəcək.
Braziliyada əməliyyat olunacaq Dario Federiko, Bəхtiyar Soltanov və Kərim Diniyevin qarşılaşmanı kənardan izləyəcəyi dəqiqdi. Fərdi məşqlərə başlayan Azad Kərimovla Budaq Nəsirovun isə meydana çıхması sual altındadı.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol