18:37 18.11.2015 835

G20 sammiti "Xəzər Lənkəran"ın planlarını pozdu

Türkiyənin Antalya şəhərində keçirilmiş G20 ("Böyük İyirmilik") Sammiti "Xəzər Lənkəran"ın planlarını pozub. Bu barədə "Report"a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O bildirib ki, adətən, komandanın qış təlim-məşq toplanışı ilə bağlı planları noyabrda müəyyənləşib. Lakin bu dəfə Antalyada "Böyük İyirmiliy"in bir araya gəlməsi komandanın toplanış keçirəcəyi otelin dəqiqləşməsinə imkan verməyib. Bu səbəbdən "Xəzər Lənkəran"ın Antalyaya nə vaxt gedəcəyi və hansı oteldə məskunlaşacağı noyabrın sonunda müəyyənləşəcək.

Nadirov "Neftçi" ilə oyunla bağlı da danışıb: "Neftçi" ilə oyuna hazırlaşırıq. Onlardan fərqli olaraq bizim heyətdə əsasən gənc futbolçular yer alıb. "Xəzər Lənkəran" hər bir rəqibinə qarşı meydanda necə mübarizə aparırsa, "Neftçi"yə qarşı da elə olacaq". 

"Böyük oyun"a qoyulmuş azarkeş qadağasına toxunan Nadirov bildirib ki, AFFA və PFL tərəfindən razılıq olarsa, klub qonaq azarkeşləri də qəbul etməyə hazırdı: "Bakıda keçirilmiş qarşılaşmada "Xəzər Lənkəran" azarkeşləri olmadı. Lənkəranlı azarkeşlər Bakıya getsəydi, bizim dəstəkçilərimiz meydan sahiblərinkindən çox olardı. Ancaq razılıq olarsa, "Neftçi" azarkeşlərini qəbul edərik və buna hazırıq. Bu məsələnin müsbət həllinə heç bir maneçilik törətmirik. Çünki futbol azarkeşlər üçün oynanılır. Artıq bu məsələni qaldırmışıq. Elə düşünürəm ki, növbəti turlarda tribunalarda hər iki komandanın azarkeşləri yer alacaq. Rəqabət, prinsip yalnız meydanda olmalıdı. Biz Azərbaycan komandasıyıq. Sabah birimiz avrokuboklarda çıxış etsək, o birisi dəstək verməlidi".

Vitse-prezident komanda üzvlərinin milli komandaların heyətində uğurla çıxış etdiklərini də vurğulayıb: "Sevindirici haldı ki, həm aşağı yaş, həm də əsas millidə "Xəzər Lənkəran"ın futbolçuları çıxış edir. Bir məsələni qeyd edim ki, "Xəzər Lənkəran" klubdu, komanda deyil. Yəni bizim uğurumuz yalnız əsas komandanın çempionluğu və uğuru ilə ölçülməməlidi. Aşağı yaşlılardan ibarət komandalar yüksək yerlər uğrunda çıxış edirsə, futbolçularımız milli komandaların formasını geyinirsə, millinin kapitanlıq sarğısını taxırsa, bu, klubun uğurudu. İndi gənc yaşda yığma komandaların formasını geyinən futbolçularımız gələcəkdə aparıcı üzvə çevriləcəklər".

Elnur Cəfərovun 19 yaşadək futbolçulardan ibarə milli komandadan uzaqlaşdırılmasına gəlincə, Nadirov onun klubda intizamsız futbolçu olmadığını, lakin baş məşqçi Nazim Süleymanovun da işinə şərh verə bilməyəcəyini deyib: "Nazim müəllimə hörmətim var və millinin baş məşqçisidi. Elnuru kənarlaşdırıbsa, onun hesabat verdiyi qurum AFFA-dı və onlara bu barədə məlumat verəcək. Yəni bu barədə AFFA Nazim müəllimdən hesabat ala bilər. Baş məşqçinin işinə mən yox, digər məşqçi və baş məşqçilər şərh verə bilər. Məşqçi işini düzgün görürsə, ona olan hörmət artır, yox haqsızdırsa, o zaman hörməti itirir. Biz klub rəhbərliyi olaraq haqqı tapdalanan bütün əməkdaşlarımızın, futbolçularımızın yanında oluruq. Amma haqlı yerə cəzalanırsa, bu, başqa məsələ. Elnura gəldikdə isə o, 10 yaşından bizim akademiyadadı və intizamlı futbolçudu".

Nadirov ilin sonunadək Klublar Komitəsinin iclasının keçiriləcəyini də söyləyib: "Bir çox məsələlər var ki, artıq yekunlaşıb. Hansı məsələlər İcraiyyə Komitəsinə təqdim olunmalıdırsa, onlar müəyyənləşib. Düşünürəm ki, ilin sonunadək bir və ya iki iclas keçirilə bilər".

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X