
"Qarabağ"ın futbolçusu Çumbinyo "qol orucu"nu pozub. Fanat.az хəbər verir ki, braziliyalı futbolçu 14 aydan sonra qol vurub.
Belə ki, Çumbinyo Premyer Liqanın XIII turunun "Kəpəz"lə matçında komandasının ilk qoluna imza atıb. Bununla da o, 434 gündən sonra qol sevinci yaşayıb.
Qeyd edək ki, Çumbinyo sonuncu dəfə 2014/15 mövsümünün 2014-cü ilin 13 sentyabrına təsadüf edən oyununda AZAL-ın qapısına yol tapmışdı. Maraqlıdı ki, həmin oyunda da "Qarabağ" 3:0 hesablı qələbə qazanmış və Çumbinyo ilk qola imza atmışdı. Bundan 5 gün sonra "Sent-Etyen"lə Avropa Liqası oyununa çıхan braziliyalı ağır zədə almış və 13 ay yaşıl meydanlardan kənarda qalmışdı.

Fanat.az