Avroliqanın qrup mərhələsinin V turunda "Qarabağ"ın qonağı olacaq "Tottenhem"in futbolçusu Heun-Min Son açıqlama verib. Fanat.az xəbər verir ki, koreyalı futbolçu bunları deyib:
"Qarabağ"la oyununu çətin keçəcəyini dərk edirik. Çünki rəqib doğma meydanında “Anderlext” və “Monako”ya məğlub olmayıb. Deməli, bizim səfər oyunumuz çox çətin keçəcək. İlk oyunda da gördük ki, “Qarabağ” yaxşı kollektivdi. Azərbaycan klubu ilə ilk oyunda özümü yaxşı tərəfdən göstərmişdim. Təəssüf ki, daha sonra zədələndim. Əgər baş məşqçimiz mənə şans versə, “Qarabağ”a yenə qol vurmağa çalışacam. İstəyirəm ki, “Qarabağ”a yenə qol vurum”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol