09:00 22.01.2016 883

Türkiyədə dövlət futbola sahib çıxdı - BƏS BİZDƏ?

Türkiyə futbolunu günü-gündən dərinləşən böhrandan çıxarmaq üçün tarixi bir addım atılır. Fanat.az xəbər verir ki, İdman Nazirliyi, Türkiyə Futbol Federasiyası və Klublar Birliyinin birgə hazırladığı layihə ilə klubların 3,5 milyard lirəlik (təxminən 1 milyard 841 min manat) borcları bağlanacaq.

Belə ki, 3 böyük dövlət bankı bu borcları 10 illik az faizli kreditlə bağlayacaq. Bu borcun 1 milyard lirəsi Sosial Müdafiə Fonduna və vergi oraqlarına, qalan 2,5 milyardı isə özəl banklara olan borclardı. Lakin klublar həmin borcları ödəməyə çətinlik çəkir ki, bu da futbol təsərüfatında ciddi problemlərə səbəb olur.

Klubları borc böhranından çıxaracaq layihəyə Ziraat Bankı, XalqBank və VakıfBank qoşulacaq. Klubların özəl banklardan götürdüyü kreditlər üçün qoyduğu girovlar adıçəkilən banklara veriləcək. Klubların daşınmaz əmlakları, yayım, sponsorluq, bilet satışı gəlirləri dövlət bankları üçün təminat olacaq.

Layihə hələ tam hazır olmasa da, klubların yeni krediti ilk 1 və ya 2 ildə ödəməkdən azad olunacağı gözlənir. Bu müddətdə onlar özlərinə gələcək, maliyyə vəziyyətlərini bir qədər yaxşılaşdıracaqlar. 

Qeyd edək ki, Türkiyə klublarının 2,5 milyard lirəlik bank borcunun yarısından çoxu 4 böyük klubun - "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor"un payına düşür. 

Bəs bizdə?

Türkiyədə olduğu kimi Azərbaycan futbolunda böhran hökm sürür və vəziyyət günü-gündən pisləşir. İndi Premyer Liqada çıxış edən çox az sayda klubdan - "Qarabağ", "Qəbələ" və "Zirə"dən başqa digər klubların ciddi problemləri var. Ölkənin ən önəmli klublarından olan "Neftçi" xaricdə təlim-məşq toplanışı keçə bilmir, "Xəzər Lənkəran" 18-19 yaşlı uşaqların ümidinə qalıb, "Rəvan"ın futbolçuları aylardı maaş ala bilmədiyindən məşqə çıxmır. Həmçinin "İnter", "Sumqayıt", "Kəpəz", AZAL kimi klublarda ciddi maliyyə çətinlikləri var. İş o yerə çatıb ki, Premyer Liqada mövsümün neçə klubun iştirakı ilə başa çatacağı AFFA və PFL rəhbərliyinə də bəlli deyil.

10 illik dövlət proqramı ilə dövlət və iş adamları tərəfindən futbola kifayət qədər pullar ayrılmışdı. Son 10 ildə bu sahəyə milyardlarla pul xərclənib. Amma həmişəki kimi yarıtmaz idarəçilərin fəaliyyətsizliyinin nəticəsi olaraq nə ortada əllə tutalacaq bir uğur var, nə də gələcək üçün görülmüş bir iş. Lazımsız legioner futbolçulara, məşqçilərə milyonlar xərclənsə də, heç bir nəticə yoxdu. Aldadılan, müqavilə şərtləri yerinə yetirilməyən legionerlər FIFA-ya üz tutur ki, bu da klublarımıza ali futbol qurumu tərəfindən ağır sanksiyaların tətbiq edilməsi ilə nəticələnir.

Bir müddət əvvəl qarşıdakı 5 ili nəzərdə tutulan yeni dövlət proqramının hazırlandığı deyilirdi. Hətta AFFA rəhbərliyi tərəfindən hazırlanan proqramın Maliyyə Nazirliyindən geri qaytarılması barədə də xəbərlər yayılmışdı. Layihənin hansı səbəbdən geri qaytarılması bilmirik. Amma görünən odu ki, indiki vəziyyətdə dövlətin futbola yardım etməyə nə imkanı, nə də həvəsi var. Dolların 1,6 manata çatdığı, neftin 27 dollara düşdüyü vaxtda dövlətin futbol təsərüfatına pul ayırmaq üçün əlavə mənbə tapması da asan məsələ deyil. Heç indiki halda Türkiyədəki kimi dövlət banklarının da klublara uzun müddətli və az faizli kreditlər ayırmaq imkanı yoxdu. Beynəlxalq Bankdan yoxa çıxan milyardlar, devalvasiyanın vurduğu ziyanlar bunu mümkünsüz edib.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X