11:05 23.02.2016 944

Məşqçilərin şərikli çempionluqları: titul kimin haqqıdı? - ARAŞDIRMA

Futbol üzrə Azərbaycan Premyer Liqasının arxada qalan 23 mövsümündə çempion komandaların sayı kimi bu titulu qazanan baş məşqçilər də çox olmayıb. Ötən müddətdə 8 komanda qalib adına sahib çıxıb.

Bunlar "Neftçi", "Qarabağ", "Kəpəz", "Şəmkir", "Bakı", "İnter", "Xəzər Lənkəran" və "Turan"dı. Təbii ki, bu çempionluqlarda mübahisələr də olub. Məsələn, 1997-ci ildə AFFA "Qarabağ"ı çempion kimi tanısa da, UEFA Çempionlar Liqasına "Neftçi"nin qatılmasını məqsədəuyğun sayıb. Mübahisəli çempionluğa Peşəkar Futbol Liqası (PFL) yaradıldıqdan sonra nöqtə qoyulub. PFL "Neftçi"ni çempion kimi tanıyıb və "Qarabağ" da bununla razılaşıb.

Əlbəttə, komandanın çempionluğunda baş məşqçilərin əvəzsiz rolu var. 

Onların sayı isə 10-du: Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Kazbek Tuayev, Mehman Allahverdiyev, Qurban Qurbanov, Arif Əsədov, Valentin Xodukin, Qyoko Haciyevski, Kaxaber Tsxadadze, Əhməd Ələsgərov. Amma sayları 11-ə də çevrilə bilərdi. Elə 1996/97 mövsümündə "Neftçi"nin yox, "Qarabağ"ın çempionluğu tanınsaydı, bu siyahıya Elbrus Abbasov da əlavə olunacaqdı. Həmin mövsümün sonunda "Neftçi"nin 2 yerə parçalanması və komandanın Çempionlar Liqasına Ruslan Abdullayevin rəhbərliyi altında yollanması isə baş məşqçilərin göstərdikləri nəticədən asılı olmayaraq, asanlıqla dəyişdirilməsinin mümkünlüyünü göstərir. 

Elə hallar da olur ki, mövsümün finişinə az müddət qalmış komandanı uğura aparan baş məşqçi ilə yollar ayrılır və onu başqası əvəzləyir. Elə bu zaman da təzadlı fikirlər yaranır. Mövsüm sonunda çempionluq adı, titulu komanda ilə sonda qalan baş məşqçiyə verilir. Bəs mövsümün yarıdan çoxunu komanda ilə keçirən, uğura gedən yolda pay sahibi olan mütəxəssislər niyə xatırlanmır? Doğurdanmı həmin mütəxəssislərin komandanın uğurunda, çempionluğunda heç bir əməyi yoxdu? Əslində necə olmalıdı?

Məsələ ilə bağlı "Report"a açıqlama verən mütəxəssislərin fikirləri arasında ziddiyət yaranıb. Onlardan bəziləri titula, ada çempion olan baş məşqçinin layiq olduğunu bildiribsə, bəziləri hər iki baş məşqçinin mükafatlandırılmasının tərəfdarıdı.

"Hər iki məşqçinin adının hallanması qəliz məsələdi"

"Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov bunu klubun daxili işi saydığını deyib. Onun sözlərinə görə, baş məşqçiləri dəyişmək kluba aid olan məsələdi və hansı mütəxəssis çempionatı komanda ilə birgə başa vursa, ada da o layiq görülür: "Belə olan halda hər iki baş məşqçi əziyyət çəkir. Məsələn, 16 tur biri, 8 tur başqası çalışırsa, deməli, iki baş məşqçinin də əziyyəti var. Amma hər iki mütəxəssisə medal vermək olar. AFFA-ya müraciət etmək olar ki, hər iki baş məşqçiyə medal təyin edilsin. Üstəlik, hər iki mütəxəssisin adı çəkilsin".

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib ki, komandanın çempionluğunda hər bir şəxsin əli var və bu, klub rəhbərliyinin üzərinə düşən məsuliyyətdi: "Mən bu məsələyə belə yanaşıram. Ancaq "çempion" axırıncı nöqtəni qoyana deyirlər. Mənəvi tərəfdən yanaşanda isə çempionluqda komandada çalışan aşpazdan, inzibatçıdan tutmuş klub rəhbərinə qədər hər kəsin əməyi var. Çünki bu, kollektiv işidi. Hər iki məşqçinin adının hallanması qəliz məsələdi. Əvvəlki baş məşqçinin qiymətləndirilməsi rəhbərlik tərəfindən olmalıdı".

"Heç kimə imkan vermərəm ki, mənim haqqımı yesin"

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev məsələyə həmkarlarından fərqli yanaşıb. 2006-cı ildə sona 8 tur qalmış "Bakı"da Əsgər Abdullayevi əvəzləyərək, çempion olmuş mütəxəssis bildirib ki, komandanı birinci yerə hansı baş məşqçi çıxarırsa, çempion adı da onun haqqıdı: "Deməli, mən "Bakı"nı təhvil alanda komanda 5-ci yerdə idi. Bunlar gedib autsayder komanda ilə heç-heçə oynamışdılar. Bundan sonra 5 məşqçini çıxarmışdılar. Məni çağırdılar, "İmkan varsa, bu komandanı götür" dedilər. Təqvimə baxdım, irəlidə çətin oyunlar vardı. Sonda "Neftçi", "İnter" və "Turan" qalmışdı. İlk olaraq, məndən 3-cü yer istədilər. Dedilər: "Bu nəticəni göstərsən, "milli qəhrəman"san". Mən də komandanı çempion elədim. Bu, kimin adına yazılmalıdı? Niyə hər iki baş məşqçiyə mükafat verilməlidi? Son turda kim olubsa, titul onun adına yazılmalıdı. Heç kimə imkan vermərəm ki, mənim haqqımı yesin".

"Burada mənim də payım yoxdu?"

Lakin 1995-ci ildə mövsümün əksər hissəsini "Neftçi"də olan və sona yaxın klubu tərk edən Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov həm əvvəl çalışan, həm də komandanı çempion edən hər iki baş məşqçiyə ad, titulun verilməsinin tərəfdarıdı: "Belə bir hadisə 1995/1996 mövsümündə başıma gəlib. Heyf ki, çempionatın Nizamnaməsində belə bir maddə yoxdu. Məşqçi komandaya xeyli vaxt sərf edir və yüksək yerlərə çıxarır. Sonra hansısa səbəb üzündən komandanı tərk edirsə, demək həmin mütəxəssisin gələcək uğurlarda payı var. Bunu sübut etmək üçün də həmin baş məşqçiyə nəsə verilməlidi. Mən komandanı yuxarı pillələrə gətirirəm, sonra başqası məni əvəzləyir. 

Həmin məşqçi kubokda 2-3 mərhələ adlayıb, bir neçə turdan sonra komandanı çempion edirsə, burada mənim də payım yoxdu? Fikrimcə, Nizamnamədə bu məsələ yer almalıdı. Məsələn, futbolçu mövsümün yarısından artıq hissəsini komandada çıxış edir, uğura şərik çıxırsa, niyə bu, baş məşqçiyə aid deyil? Eyni hadisə "Bakı"da olarkən Əsgər Abdullayevin başına gəlib. Düzdü, Böyükağa Hacıyev uğur qazanıb və onun bu uğuruna kölgə salmaq olmaz. Amma o çempionluqda hər ikisinin haqqı var. Çünki Böyükağa müəllimin 8 oyunluq gəldiyi komanda ondan əvvəl formalaşıb. Heç kim Hacıyevin haqqını almır, onun işi göz qabağındadı. Sadəcə, görülən işləri unutmamalıyıq. Bu gün söhbət mənəvi haqdan gedir. İstərdim ki, hər kəs öz haqqını alsın".

... və PFL-in cavabı

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə sözügedən məsələnin klubların öhdəliyində olduğunu söyləyib: "Hər bir klub çempionat bitdikdən sonra bizə medalla təltif olunacaq şəxslərin siyahısını göndərir. Biz də həmin siyahıya əsasən, təqdim edirik. Yəni, bu PFL-dən yox, klubdan asılı olan məsələdi. Klub komandanın uğurunda kimin əməyinin olduğunu hesab edir və mükafatlanmalısını istəyirsə, onun adını siyahıda qeyd edir. Çempionatın Nizamnaməsində bu məsələyə aid maddə yoxdu. Çünki bunlar klubdan asılı olan işlərdi. Biz ümumilikdə 45 medal təqdim edirik. Bu medallar klubun təqdim etdiyi siyahıya əsasən verilir".

Əslində həm mütəxəssislərin, həm də PFL rəsmisinin fikirləri eyni hədəfə vurur. Klub rəhbərliyi mövsümün yarıdan çoxunu komanda ilə keçirən baş məşqçinin çempionluqda əməyinin olduğunu düşünürsə, həmin mütəxəssislərə ad da vermək olar, titul da...

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X