23:17 01.03.2016 762

"Elnur Cəfərovla bağlı danışıqlar gedir" - ​Tuyqun Nadirov

"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov "Report"a müsahibə verib. Onun fikirlərini təqdim edirik.


- Klublar Komitəsinin iclasında niyə iştirak etmədiniz?

- Həm Avropa, həm də Türkiyədən qonaqlarımız vardı. Qonaqlar klubla yox, başqa işlərlə bağlı gəlmişdi. Onlarla bir yerdə olduğum üçün bugünkü iclasda iştirak edə bilmədim. Ancaq bu günə qədər hər iclasda iştirak etmişəm. Bir dəfə üçün üzrlü hesab etmək olar. Digər tərəfdən də bizim nümayəndə həmin iclasda iştirak edirdi. Artıq klubun mövqeyi də bəlli idi. Yəni mənim olmamağım o dərəcədə hiss oluna bilməzdi.


- İctimaiyyətdə belə bir fikir yaranıb ki, Tuyqun Nadirov Ramin Musayev gəldiyi üçün Klublar Komitəsinin iclasına qatılmayıb...

- Bizim Ramin müəllimlə normal münasibətimiz var və dəfələrlə birgə iclasda iştirak etmişik. Bundan əvvəlki iclaslara da özüm Ramin müəllimi şəxsən dəvət etmişəm. Ramin Musayevin Klublar Komitəsinin iclasına tez-tez gəlməsi elə bizim özümüzə də faydalıdı. Eyni zamanda özü gəlməsə də, nümayəndələri iclasda iştirak edir. Bəziləri Klublar Komitəsini PFL-ə əks təşkilat kimi düşünürlər. Ancaq bu, belə deyil. Bütün bu işlər futbolumuzun inkişafı üçün görülür. İllərdir öz həllini tapmayan məsələlər komitədə həll olunur.


- Qəbul olunan qərarlara münasibətiniz necədi?

- Legioner rüsumunun azaldılması ilə bağlı ötən ilin avqustunda AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyinin iştirakı ilə müzakirələr olmuşdu. Demək olar ki, ilkin razılıq olmuşdu. İndi isə İcraiyyə Komitəsinin iclasından sonra bu məsələ yekunlaşdı.


- Elnur Cəfərovla bağlı hansı yenilik var? İspaniya klubu "Xəzər Lənkəran"a məktub göndərməli idi...

- Klubumuz tərəfindən Elnur üçün şərait yaradılmışdı ki, gedib orada iştirak etsin. İndi danışıqlar gedir. Biz də istərdik ki, gedib legioner həyatı yaşasın. Çünki o, tək "Xəzər Lənkəran"ın yox, həm də Azərbaycan futbolunun yetirməsidi. Biz də əlimizdən gəldiyi qədər kömək edirik. Hələlik rəsmi olaraq heç bir müraciət olmayıb.


- Əvəzedici komandaya göndərilmiş Kamran Abdullazadəni nə vaxt əsas heyətdə görmək mümkün olacaq?

- Buna baş məşqçi ilə klub prezidenti qərar verir. Bunlar klub daxili qaydalara əsasən həll olunur və birbaşa həmin şəxslərə aiddi.


- "Neftçi" ilə oyun haqda nə deyə bilərsiniz?

- "Xəzər Lənkəran" oyuna ciddi hazırlaşır. "Neftçi" ilə kubok oyunu çox maraqlı olacaq. Ümid edirik ki, azarkeşlər dəstəklərini əsirgəməzlər. Gənc futbolçulardır və onları güclü rəqiblərə qarşı həvəsləndirmək lazımdı. Qeyd edim ki, komanda son turda da "Qəbələ" ilə səfər oynunda məğlub olmadı.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X