Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Lider "Qəbələ" evdə "İnter"ə 3:1 hesabı ilə qalib gəlib. "Zirə" ikinci pillədə qərarlaşan "Sumqayıt"ı darmadağın edib - 3:0.
"Neftçi" "Rəvan"a 2:3 hesabı ilə yenilib. "Qarabağ" səfərdə "Xəzər Lənkəran"a qalib gəlib - 2:1. Ağdamlıların ilk qoluna komandanın mərakeşli legioneri Əl Hərbi əl Jadeyui imza atıb.
6 qolun vurulduğu AZAL - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib - 3:3.
Əvəzedici heyətlər
2015/16 mövsümü
III dövrə, XXVIII tur
AZAL - Kəpəz 3:3
Qollar: Söhbət Quliyev, 7 (avtoqol). Fuad Bayramov, 44. Elmin Çobanov, 59 - Fərid Məmmədov, 58; 90+2. Azad Kərimov, 90+1.
Zirə - Sumqayıt 3:0
Qollar: Elgün Nəbiyev, 60. Təmkin Xəlilzadə, 83. Muxtar Əliyev, 89.
Rəvan - Neftçi 3:2
Qollar: Nuran Qurbanov, 23; 28. Elnur Abdulov, 42 - Etibar Süleymanov, 60; 62-pen.
Xəzər Lənkəran - Qarabağ 1:2
Qollar: Kamal Dənziyev, 85 - Əl Hərbi əl Jadeyui, 11. Nicat Abbasov, 80.
Qəbələ - İnter 3:1
Qollar: Ehtiram Şahverdiyev, 37; 90. Ülvi İsgəndərov, 70 - İlkin Sadıqov, 35.
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | Qəbələ | 28 | 19 | 3 | 6 | 66-29 | 60 |
| 2 | Sumqayıt | 28 | 15 | 7 | 6 | 56-31 | 52 |
| 3 | Kəpəz | 28 | 13 | 9 | 6 | 43-33 | 48 |
| 4 | Qarabağ | 28 | 13 | 8 | 7 | 42-25 | 47 |
| 5 | Neftçi | 28 | 12 | 6 | 10 | 56-39 | 42 |
| 6 | Zirə | 28 | 11 | 5 | 12 | 36:47 | 38 |
| 7 | Rəvan | 28 | 10 | 2 | 16 | 37-52 | 32 |
| 8 | İnter | 28 | 9 | 3 | 16 | 44-55 | 30 |
| 9 | AZAL | 28 | 7 | 5 | 16 | 34-59 | 26 |
| 10 | Xəzər Lənkəran | 28 | 6 | 2 | 20 | 31-75 | 20 |
| Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 20. Şahin Əliyev (Sumqayıt) - 15. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol