14:09 15.04.2016 633

"Tale Heydərovun klubun büdcəsini azaltmağa haqqı var"

"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov "Report"a müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

- "Qəbələ"nin son turlardakı uğursuz çıxışının səbəbini nədə görürsünüz?
- Bu dəqiqə futbol bizim ən ağrılı yerimizdi. Komandanın son turlardakı uğursuz çıxışı davam edir. Lakin bu uğursuzluqla bağlı ciddi bir səbəb tapa bilmirik. Hər oyunda bərbad çıxış etdiyimizi deməzdim. Bəzi oyunlarda bəxtimiz gətirmir. Komanda yaxaladığı imkanları dəyərləndirə bilmir. Məni ən çox narahat edən odu ki, problemin nədən qaynaqlandığı tapa bilmirik. Problemin kökünü tapa bilsək, araşdırıb həll edərik. Bununla belə, yenə də komandaya inanırıq. Medallar uğrunda sona qədər mübarizə aparacağıq.

- Artıq çempionluq şansınızı itirmisiniz. Söyləmək olarmı ki, "Qəbələ"nin hazırda əsas hədəfi ölkə kubokunu qazanmaqdı?
- Çempionluq əldən gedib. Bu, birmənalı şəkildə belədi. Məncə, ikinci yeri tutmağımız da çətindi. Amma bürünc medala sahib çıxa bilərik. Ona görə də üçüncü yer uğrunda sonadək mübarizə aparmalıyıq. Digər hədəfimiz isə ölkə kubokunu qazanmaqdı. Düşünürəm ki, komandanın gücü hər iki cəbhədə mübarizə aparmağa imkan verəcək.

- Qışda Roman Qriqorçukla yeni müqavilə imzalananda o bildirmişdi ki, əsas hədəf mövsümü titulla başa vurmaqdı. "Qəbələ" istəyinə çatmasa, necə olacaq?
- Təbii ki, mövsümü tiltulsuz başa vursaq, məyus olacağıq. Bu nəticə rəhbərliyi qane etməyəcək. Klub rəhbərliyi, məşqçilər, futbolçular - hamı istəyir və əlindən gələni edir ki, “Qəbələ” mövsümü titulla başa vursun.

- Son turda “Sumqayıt”la oyundan sonra Qriqorçuk hakimlərdən narazılığını sərt şəkildə bildirdi. Uğursuzluğun səbəbini hakimliklə bağlamaq olar?
- Baş məşqçimizin hakimliklə bağlı danışmağa haqqı var. Çünki hakim ədalətsizliyi ilə tək “Sumqayıt”la oyunda rastlaşmamışıq. Narazılıqlar hissə-hissə yığılmışdı və son oyunda partladı. Qriqorçuk hakimlərlə bağlı bizə də şikayət edib. Lakin “Qəbələ” kimi klub uğursuzluğun səbəbini hakimdə axtara bilməz. Bütün uğursuzluğu hakimlərin üstünə yıxmaq fikrində deyiləm. Amma o da düzdü ki, “Sumqayıt”la oyunda hakim qələbəmizə mane oldu. Buna qədər də ciddi hakim səhvləri ilə qarşılaşmışıq. Qriqorçukun hakimlərdən şikayətlənməyə haqqı çatır. Demirik ki, hakimlər bizə kömək etsinlər. Qoy, ədalətli hakimlik olsun.

- Hakimlərin idarəçiliyi ilə bağlı hər hansı formada etiraz bildirməyiniz mümkündü?
- Dəfələrlə etiraz etmişik. Amma bu, birinci və axırıncı hal deyil. Hakimlərin daha kobud səhvləri də olub. Cəzalansalar da, bunun bir xeyri olmur.

- Uğursuzluq olanda klub haqda müxtəlif xəbərlər yayılır. Son günlər klub prezidenti Tale Heydərovun nəticələrdən narazı qaldığı və mövsümün sonunda büdcəni azaldacağı barədə xəbərlər dolaşır. Bu, nə dərəcədə doğrudu?
- Bu barədə klub prezidenti mənə heç nə deməyib. Elə şey olsaydı, xəbərim olardı. Amma belə bir fikrə düşübsə, haqqı var. Qoyulan büdcə ilə komanda titul əldə etməlidi. “Qəbələ” uğurlu çıxış etməyə borcludu.

- Roman Qriqorçukun qurduğu heyət də birmənalı qarşılanmır. Qışda transfer olunan Pavel Paşayevin hələ də debüt etməyib. Bu haqda nə deyə bilərsiniz?
- Biz baş məşqçinin işinə qarışa bilmərik. Paşayevi komandaya gətirmişdik ki, rəqabət artsın. Komandamızda müdafiənin cinahlarında azərbaycanlılar oynayır. Həmin mövqedə mütləq yerlilər olmalıdı. Başqa mövqelərdə yerli futbolçulara şans vermək imkanımız azdı. O ki qaldı Paşayevin oynamamasına, bu suala baş məşqçi dəqiq cavab verə bilər. Amma onu da deyim ki, hər oyuna kim daha hazırdısa, o da meydana çıxır. Bu gün Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov oynayırsa, deməli, daha hazırlıqlıdılar. Futbolçu heyətə düşə bilmirsə, günahı özündə axtarmalıdı.

- Qrioqorçukun Paşayevlə prinsip apardığı da söylənilir...
- Yox, bu, mümkün deyil. Çünki Qriqorçuk prinsipi olduğu futbolçunu dərhal komandadan uzaqlaşdırır. Daha əvvəl də bunun şahidi olmuşuq.

- “Qəbələ”nin idman direktoru Toni Adamsın Danimarka "Bröndbü”sünə baş məşqçi təyin olunacağı bildirilir. Adams bununla bağlı sizə hər hansı məlumat verib?
- Bu xəbərləri mətbuatdan oxumuşam. Onunla bu haqda danışmamışıq. Yəqin ki, düz olsaydı, Toni bizi xəbərdar edərdi. Adams “Qəbələ” və “Bröndbü” arasında uşaq futbolu ilə bağlı əməkdaşlığa görə danimarkalılarla danışıqlar aparıb. Bəlkə də xəbərlər elə ondan qaynaqlanır. 

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X