15:15 29.04.2016 929

“Hakimlər gərginlikdən paylarını alırlar” - Tərlan Əhmədov

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına müsahibə verib. Onun fikirlərini təqdim edirik.


- Ötən həftə “Rəvan”a məğlubiyyət bir qədər gözlənilməz oldu. Həm də mükafat üçün çempionatın favoritləri ilə ciddi mübarizə aparan AZAL-ın belə məqamda vacib xallar itirməsi avrokuboklara düşməyi hədəfləyən komandanın şanslarını azaltdı. Sizə elə gəlmir ki, bu məğlubiyyət sizin mövsüm ərzində çəkdiyiniz əziyyəti heçə endirəcək?

- “Rəvan”la qarşılşamada olanlar artıq bizim üçün maraqlı deyil. Bu oyunu unutmuşuq və qarşıdakı görüşlər haqda fikirləşirik. Mövsümün əvvəlində biz iddialı yerlər haqda fikirləşmirdik, elitada qalmağı qarşımıza məqsəd qoymuşduq. İndi isə mükafat qazanmaq şansını qaçıra biləcəyimizdən qorxuruq. Deməli, minimum vəzifə yerinə yetirilib. Ona görə də son məglubiyyət geniş mənada faciəyə çevrilməməlidir. Avrokuboklar üçün hələ də şansımız var və hər şey öz əlimizdədir. Sona qədər mübarizə aparacagıq. Bu mövsümdə çox çətinlik görmüşük, tənqidlərə hədəf olmuşuq. Amma heç vaxt təslim olmamışıq. Əksinə bunlar bizi daha da birləşdirdi, komanda kimi formalaşdırdı. AZAL-da çox sağlam kollektiv var və uğurlarımızın əsasında da bu amil dayanır. Bir sözlə, son oyundakı məğlubiyyət indiyə qədər görülən işlərə kölgə sala bilməz.


- Amma həmin oyundakı itkilər yəqin ki sizi qayğılandırır. İlqar  Ələkbərov, Kamal Mirzəyev, Murad Səttarlının durumu nə  yerdədir?

- Zədə məsələsi ağrılı yerimizdi. Mövsümün əvvəlindən etibarən biz tam heyətlə mübarizə apara bilmirik. Bu epidemiya bizdən əl çəkmir. Əvvəl kapitan Seymur Əsədov zədələnərək mövsümü erkən bitirdi. Daha sonra Taqim  Novruzov sıradan çıxdı. Adan Koronado qış toplanışında ağır zədə aldı, hələ də özünə gələ bilmir. İndi də Kamal Mirzəyev sıradan çıxdı. Murad Səttarlı əzələsini dartıb, ağrıları var. İlqar Ələkbərov belindəki agrılardan əziyyət çəkir. Bu siyahı hər şeyi deyir.  


- Deməli mövsümün ən vacib oyunlarından sayılan “Xəzər-Lənkəran”la görüşdə seçim məhdudiyyəti ilə üz-üzə qalacaqsınız. Belə bir həlledici məqamda futbolçu qıtlıgı bütün planlarınızı  pozmayacaq?

- Biz heç vaxt bədbinliyə qapılmamışıq. Hər dəfə ağır durumdan çıxmağı bacarırıq. Sabah da meydana mübariz  heyətlə  çıxacağıq. Bizdə hər bir futbolçu digərini layiqincə əvəzəməyə çalışır. Meydançaya çıxan tam gücü ilə oynayır. Bu səbəbdən ümidimizi üzmürük. Klub rəhbərliyini indiki məqamda bir şey maraqlandırır: kənar amillər nəticəyə təsir etməsin. İndi çempionatın həlledici vaxtlarıdı. Son turlardı və mükafatçılar, avrokubok iştirakçıları müəyyənləşir. AZAL-in rəhbərliyi və kollektivi ümid edir ki, komandaların mübarizəsinə kənar müdaxilələr olmayacaq. Son turlarda bəzi hakim səhvləri ciddi narazılıq doğurur. Söz-söhbətlər çoxalır, komadalar haqda arzuolunmaz fikirlər səslənilir. Nə bilim, filan komanda kubok alacaq, filan komanda hansısa yeri tutacaq, kimsə-kimə kömək edəcək. Bu da təbiidir. Ağır mövsüm sona çatmaqdadır. Komandalar kimi hakimlər də istər-istəməz gərginlikdən payını alırlar. Onları da haradasa başa düşmək olar. Amma bu həlledici və tarixi əhəmiyyət daşıyan oyunlarda hakimlər çox diqqətli olmalıdırlar. İndiyə  qədər AZAL hakimlər tərəfdən heç vaxt  haqsızlığa uğramayıb. Bir-iki oyunda neqativ hallarla üzləşmişik. Ümumilikdə isə biz onlardan narazı deyilik. İstəmirik ki, sabahkı  oyunda da, qalan matçlarda da kiminsə kobud səhvi üzündən biz tarixi uğurumuzu  əldən verək.  Bax, onda mövsümü  boşa vermiş olarıq. Bu bizim AFFA və PFL-dən  xahişimizdir.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X