12:09 30.04.2016 1036

AZAL-dan "qəza" XƏBƏRDARLIĞI

Ötən gün AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun klubun rəsmi saytına müsahibəsini təqdim etmişdik. Cəmi 3 sualdan ibarət müsahibəyə yenidən qayıtmağımıza səbəb baş məşqçinin verdiyi mesajlar oldu.

Müsahibənin əvvəlində keçmiş və gələcək oyunlardan, heyətdəki problemlərdən danışan Tərlan Əhmədov sonda bəzi önəmli mesajlar verib. Mətləbə keçməzdən əvvəl "baş təyyarəçi"nin fikirlərinə diqqət yetirək: "Klub rəhbərliyini indiki məqamda bir şey maraqlandırır: kənar amillər nəticəyə təsir etməsin. İndi çempionatın həlledici vaxtlarıdı. Son turlardı və mükafatçılar, avrokubok iştirakçıları müəyyənləşir. AZAL-in rəhbərliyi və kollektivi ümid edir ki, komandaların mübarizəsinə kənar müdaxilələr olmayacaq. Son turlarda bəzi hakim səhvləri ciddi narazılıq doğurur. Söz-söhbətlər çoxalır, komadalar haqda arzuolunmaz fikirlər səslənilir. Nə bilim, filan komanda kubok alacaq, filan komanda hansısa yeri tutacaq, kimsə-kimə kömək edəcək. Bu da təbiidi. Ağır mövsüm sona çatmaqdadı. Komandalar kimi hakimlər də istər-istəməz gərginlikdən payını alırlar. Onları da haradasa başa düşmək olar. Amma bu həlledici və tarixi əhəmiyyət daşıyan oyunlarda hakimlər çox diqqətli olmalıdılar. İndiyə qədər AZAL hakimlər tərəfdən heç vaxt  haqsızlığa uğramayıb. Bir-iki oyunda neqativ hallarla üzləşmişik. Ümumilikdə isə biz onlardan narazı deyilik. İstəmirik ki, sabahkı  oyunda da, qalan matçlarda da kiminsə kobud səhvi üzündən biz tarixi uğurumuzu əldən verək. Bax, onda mövsümü boşa vermiş olarıq. Bu bizim AFFA və PFL-dən xahişimizdi". 

Tərlan Əhmədovun sözləri sıradan fikirlər kimi görünsə də, əslində məlum yerlərə mesaj xarakteri daşıyır. Yəni, baş məşqçi demək istəyir ki, çempionatdakı kirli oyunların memarları son turlarda onun komandasını da hədəf seçə bilər.

Hər kəsə məlumdu ki, "Elxan Məmmədov qruplaşması"nın indi əsas hədəfi ağır günlər yaşayan "Neftçi"ni Avropa Liqasına aparmağa nail olmaqdı. Baş katib kurasiyasında olan komandanı və özünün təyin etdiyi rəhbərliyi biabırçılıqlardan qurtarmaq üçün Avroliqaya göz dikib. Bu hədəfə çatmaq üçün əsas diqqət kuboka ayrılmışdı. Amma "Qəbələ" ilə matçda FIFA referisi Əliyar Ağayev bütün karyerasının üstündən xətt çəkə biləcək qərarı qəbul etsə də, "Elxan Məmmədov qruplaşması" istəyinə nail ola bilmədi. Mətbuat haqsızlığa göz yummadı, klub haqqı səsini ucaltdı və hətta AFFA-nı, PFL yarışlardan çıxmaqla hədələdi.


"Qəbələ"nin penaltisi verilməsə də, komanda səfərdən kubok üçün sərfli nəticə hesab olunan 1:1-lik bərabərliklə döndü. Haqsızlığa rəğmən "qırmızı-qaralar" finalın bir addımlığındadı və çətin ki, "Neftçi"nin himayəçiləri bu həngamədən sonra səfər oyununda hansısa "oyuna" əl atsın. "Neftçi" "Qəbələ" səddini keçsə belə, finalda "Qarabağ" kimi rəqib var ("Qarabağ" yarımfinalın ilk oyununda "İnter"i 4:0 hesabı ilə yenib) və hazırkı "Neftçi"nin bu səddi keçməsinə inanmaq boş ümiddən başqa bir şey deyil. Bu isə o deməkdi ki, indi "ağ-qaralar"ın Avropaya bir yolu qalıb - Premyer Liqa.

"Neftçi" hazırda 7-ci pillədə qərarlaşıb və AZAL-dan 3 xal geri qalır. 2-3-cü pillələri tutan "Zirə" və "İnter" avrokuboklara buraxılmayacaq ki, bu da 6-cı yerin sahibinə Avropa Liqasına vəsiqə verilməsi deməkdi. Bu səbəbdən Avropaya son bilet uğrunda mübarizə AZAL-la "Neftçi" arasında gedəcək.


Hər iki komandanı son 5 turda çətin oyunlar gözləyir. Öz aralarındakı oyundan başqa, AZAL son 4 matçda "Qəbələ" və "Qarabağ"ın qonağı olacaq, "Xəzər Lənkəran"la "Zirə"ni qəbul edəcək. "Neftçi" səfərdə "Qəbələ", "Kəpəz" və "Sumqayıt"la qarşılaşacaq, doğma meydanda "İnter"i sınağa çəkəcək. Təbii ki, bu mübarizədə bir çox sualların cavabına XXXIII turda baş tutacaq "Neftçi" - AZAL görüşündə aydınlıq gələcək.

Kubokda istədiyinə nail ola bilməyən baş katib və "silahdaşları"nın bundan sonrakı hədəfi çempionat olacaq. Burda məqsədə çatmaq üçün isə ilk növbədə AZAL-ı sıradan çıxarmaq lazımdı. Elə Tərlan Əhmədovun dünənki açıqlamaları da məhz buna işarədi. Baş məşqçi öncədən həyacan təbili çalır, komandasına qarşı qurula biləcək oyunların mesajını verir. Və həm də "Neftçi"yə oyunları kabinetlərdə yox, futbol meydanında oynamağı təklif edir...


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X