20:00 07.05.2016 913

Premyer Liqada qollu tur: 5 oyun, 15 qol

Topaz Premyer Liqasında XXXIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Günə mərkəzi görüşlə start verilib. Premyer Liqadakı ilk mövsümünü gümüş medalla başa vurmağa yaxın olan debütant “Zirə” bürünc medallar uğrunda mübarizə aparan “Qəbələ”ni qəbul edib. Adil Şükürovun komandası sona iki tur qalmış artıq gümüş meadlları özü üçün təmin edə bilərdi. Bunun üçün onlar doğma meydanda qalib gəlməli, “Kəpəz” isə büdrəməli idi. Roman Qriqorçukun yetirmələri ikincilik üçün nəzəri şansları saxlamaqla yanaşı, üçüncülükdən də əl üzməmək üçün səfərdən mütləq 3 xalla dönməli idi. Kubokda mübarizəni dayandıran, Premyer Liqada istənilən nəticələri qazana bilməyən "Qəbələ" səfərdə darmadağına sevinib - 3:0.
 
“Qəbələ”nin “bürünc” uğrunda mübarizədəki əsas rəqibləri “Kəpəz” və “İnter”i nisbətən asan oyunlara çıxıb. “Kəpəz” Lənkəranda "Xəzər Lənkəran"ın qonağı olub və "Qəbələ" kimi 3:0 hesablı qələbə qazanıb. Bununla da "ağ-yaşıllar" ardıcıl 21-ci oyunda meydanı xalsız tərk edib. "İnter" isə Bayılda “Rəvan”ın qonağı olub. “Bankirlər” daha böyükhesablı qələbəyə sevinib - 4:0. 
 
Masazırda keçirilən “Neftçi” - AZAL oyunu da maraqla gözlənilən qarşılaşmalardan biri idi. Hər iki kollektiv 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmağa iddialıdı. Nominal meydan sahibləri rəqibi ilə aradakı 5 xallıq fərqi azaltmaq üçün həm də 3 oyunluq qələbəsizlik seriyasına son qoymalı idi. Tərlan Əhmədovun komandası isə qalib gələcəyi halda, qərarlaşdığı 6-cı pillədən də irəli getmək imkanına malik olacaqdı. Amma "Neftçi" AZAL-a bu imkanı verməyib. 4 qolun vurulduğu oyunda "ağ-qaralar" 3:1 hesablı qələbə qazanıb.
 
Günün ən intriqasız oyunu isə “İnter Arena”da baş tutub. Belə ki, artıq çempionluğu rəsmiləşdirən “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib. Qurban Qurbanovun yetirmələri ardıcıl 10-cu qələbələrini qazanıblar - 1:0.

Premyer Liqa
2015/16 mövsüsü
IV dövrə, XXXIII tur

7 may
Zirə - Qəbələ 0:3
Qollar: Rafael Santos, 25. Ermin Zets, 47; 79.
Zirə: 1. Anar Nəzirov, 9. Nelson Bonilla, 10. İqor İvanoviç, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev, 14. Tellur Mütəllimov, 27. Rəşad Abdullayev, 32. Luiz Alberto Diez, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 60. Elvin Məmmədov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 2. Çimezi Mbah, 6. Vüqar Mustafayev, 19. Nurlan Novruzov, 28. Təmkin Xəlilzadə, 90. Vüsal İsgəndərli, 96. Elgün Nağıyev.
Baş məşqçi: Adil Şükürov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 7. Ermin Zets, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Vojislav Stankoviç, 5. Pavel Paşayev, 25. Qismət Alıyev, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

Xəzər Lənkəran - Kəpəz 0:3
Qollar: Kərim Diniyev, 42. Julien Ebah, 49. Orxan Əliyev, 79.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 99. Mahsun Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 9. Bayram Budaqov, 41. Hüseyn Xəlilzadə, 45. Heydər Babayev, 35. Elfad Baləhmədov, 86. Xaqani Sadıqov, 88. Kənan Bağırzadə.
Baş məşqçi: Elbrus Məmmədov.
Kəpəz: 88. Tadas Simaitis, 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 6. Ceyhun Cavadov, 7. Juninyo, 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 27. Bəxtiyar Soltanov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayılov, 15. Azad Kərimov, 19. Orxan Əliyev, 21. Xəzər Qəribov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

Rəvan - İnter 0:4
Qollar: Abbas Hüseynov, 23. Mirsahib Abbasov, 43; 56. Nizami Hacıyev, 90.
Rəvan: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 86. Yasin Həmid, 11. Elnur Abdulov, 16. Orxan Lalayev, 3. Saşa Yunisoğlu, 29. Əziz Quliyev, 8. Məmməd Quliyev, 21. Novruz Məmmədov, 92. Yamin Ağakərimzadə, 17. Ramazan Abbasov (k)/.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 4. Kənan Müslümov, 5. Mirkamil Haşımlı, 19. Hüseyn Axundov, 99. Əziz Hüseynov, 15. Ceyhun Abdullayev, 28. Xanlar Teymurov.
Baş məşqçi: Bəhmən Həsənov.
İnter: 79. Giorgi Lomaya (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Laşa Kasradze, 7. Nika Kvekveskiri, 12. Ruslan Əmircanov, 20. Yuri Fomenko, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 8. Nizami Hacıyev, 17. Vüqar Nadirov, 18. Mənsur Nəhavəndi, 22. İlkin Qırtımov, 33. Aqşin Quluzadə, 45. İlkin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Bayıl Arena”.

Qarabağ - Sumqayıt 1:0
Qol: Əfran İsmayılov, 40.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 18. Aleksandr Çertoqanov, 27. İsmayıl Babayev, 29. Amil Yunanov, 95. Samir İbrahimov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abbasov.
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
“İnter Arena”.

 Neftçi - AZAL 3:1
Qollar: Anete, 16. Araz Abdullayev, 23. Aylton Silva, 44 - Nuqzar Kvirtiya, 48.
Neftçi: 1.Aqil Məmmədov, 27.Məqsəd İsayev, 95. Elvin Bədəlov, 3. Filyo Rodriges, 26.Kamal Qurbanov, 15.Erik Ramos, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev, 6.Aylton, 7.Araz Abdullayev(k), 20.Anete.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 14. Məhəmməd Qurbanov, 33. Orxan Bəşirov, 41. Aqşin qurbanlı, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 11. Ruslan Nəsirli, 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 9. Aydın Qasımov, 63. Seyidrəzi Ağayev, 4. Qvanzav Maqomedov, 21. Murad Səttarlı, 88. Mirzağa Hüseynpur.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
“Əlincə Arena”.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

33

24

6

3

60-19

78

2

Zirə

33

17

9

7

39-27

60

3

Kəpəz

33

15

10

8

45-35

55

4

Qəbələ

33

14

11

8

41-26

53

5

İnter

33

14

11

8

34-23

53

6

AZAL

33

13

6

14

25-32

45

7

Neftçi

33

11

10

12

34-36

43

8

Sumqayıt

33

6

12

15

34-46

30

9

Xəzər Lənkəran

33

3

5

25

12-45

14

10

Rəvan

33

4

8

21

22-57

14

Bombardirlər

Nelson Bonilla (Zirə) - 14. Dani Kintana (Qarabağ) - 12. Ruslan Qurbanov (Neftçi) - 11. Riçard Almeyda (Qarabağ), Amil Yunanov (Sumqayıt), Aleksey Qay (Qəbələ) - 9.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X