17 yaşadək futbolçular arasında Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsinin A qrupunun Şotlandiya - Azərbaycan matçının hakimləri müəyyənləşib.
Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı Norveç təmsilçisi Svein-Erik Edvartsenin başçılıq etdiyi hakimlər briqadasına tapşırıb.
Qeyd edək ki, Şotlandiya - Azərbaycan görüşü sabah keçiriləcək.
16.00 Şotlandiya - Azərbaycan
Hakimlər: Svein-Erik Edvartsen (Norveç), Marios Dimitriadis (Cənubi Kipr), Georgi Todorov (Bolqarıstan), Sergeyus Sluva (Litva).
8-ci km stadionu.
16.00 Poruqaliya - Belçika
Hakimlər: Ville Nevalainen (Finlandiya), Neeme Neemlaid (Estoniya), Andrey Kristiansen (Farer adaları), Orxan Məmmədov (Azərbaycan).
"Dalğa Arena".
19.15 Bosniya və Herseqovina - Ukrayna
Hakimlər: Fran Yoviç (Xorvatiya), Emmet Dinan (İrlandiya), Eduard Spiteri (Malta), Alain Durieuks (Lüksemburq).
8-ci km stadionu.
19.15 Almaniya - Avstriya
Hakimlər: Mitya Zqanets (Sloveniya), Ceyhun Sesigüzel (Türkiyə), Alain Heyniger (İsveçrə), Əliyar Ağayev (Azərbaycan).
"Dalğa Arena".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol