17:50 16.05.2016 724

“Xəzər Lənkəran”dan şok açıqlama: “1 milyon borcumuz var”

"Bu problem neçə ay ərzində həll edilməyibsə, 14 günə də yoluna qoyulası məsələ deyil”. "Xəzər Lənkəran” yarandığı gündən lisenziya tələblərini həmişə birinci yerinə yetirən klublardan olub. Hazırda məlum vəziyyətlə üzləşməyimiz borc məsələsi ilə bağlıdı”. Fanat.az xəbər verir ki, bunu "Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
 
Bu gün AFFA-nın Lisenziya Komissiyasının keçirilən iclasında 2016/17 mövsümündə Topaz Premyer Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Komissiya klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanaraq, elita təmsilçilərindən "Xəzər Lənkəran” və "Rəvan”a növbəti mövsümdə elitada oynamaq hüququ verməyib. Komissiya bu 2 klubla birlikdə I divizion təmsilçilərinə də güzəşt edərək, 14 gün əlavə vaxt verib.
 
Məsələ ilə bağlı danışan "Xəzər Lənkəran”ın nümayəndəsi çətin vəziyyətlə üzləşdiklərini bildirib: "Borcumuz olan oyunçular var idi. Bizə lisenziyanın verilməməyinin səbəbi də budu. Həmin oyunçuların pulları ödənilməli, sonra komandaya lisenziya verilməlidi. Borcun miqdarı 1 milyona yaxınlaşır. Bizə bu problemi yoluna qoymaq üçün 14 gün vaxt verilib. Sözsüz ki, həmin müddət ərzində lisenziya almaq üçün əlimizdən gələni edəcəyik. Amma real danışsaq, borcun miqdarı xeyli çoxdu. Sənəd problemi olsaydı, 14 günə həll etmək olardı. Lakin üzləşdiyimiz bu problemi 2 həftəyə həll etmək çox çətindi”.
 
Əməkdaşımızın "Xəzər Lənkəran” qərarla bağlı apellyasiya şikayəti edəcəkmi” sualına Cəbrayıloğlu belə cavab verib: "Borcumuzun olduğunu, onsuz da, inkar etmirdik və bunu mediada da açıqlamışdıq. Yəni, borc məsələsi bu gün ortaya çıxmayıb. Bu problem neçə ay ərzində həll edilməyibsə, 14 günə də yoluna qoyulası məsələ deyil. O qədər pulun birdən-birə ödənilməsi çox çətindi. Çalışacağıq ki, 2 həftə ərzində ərzində bütün variantların üzərində işləyək”.
 
Azərbaycan futbolunda belə bir praktika var ki, külli miqdarda borcu olan klub bu problemdən qurtulmaq üçün adını dəyişir. "Xəzər Lənkəran” isə belə bir addım atmaq fikrində deyil: "Elə bir variant müzakirə olunmayıb, bu barədə, ümumiyyətlə, düşünmürük. Bu klub "Xəzər Lənkəran” kimi fəaliyyət göstərib və qısa müddətdə özünü tanıtdırıb. Birdən-birə adını dəyişmək, yeni klub yaratmaq real görünmür. Rəhbərlik yekun qərarını sabah bildirəcək. Sabaha qədər isə müxtəlif variantların üzərində işləyəcəyik”.
 
"Ağ-yaşıllar”ın nümayəndəsi AFFA-nın "Xəzər Lənkəran”a yardım əlini uzatmaq gücündə olduğunu istisna etməyib: "Himayə başqa cür səslənir, amma kömək edə bilərlər. Bu o demək deyil ki, AFFA öz xüsusi adamlarını qoyub, klubu idarə etməlidi. Sadəcə, federasiya istəsə, borcun bir hissəsinin bağlanmasında yardımçı ola bilər. "Xəzər Lənkəran” hazırda cənub bölgəsinin tək komandasıdı. Odu ki, dəstək göstərmək olar. Amma bu addımı federasiya atmalıdı, biz deyə bilmərik ki, yardım edin. Klub özəl olmalıdı. "Xəzər Lənkəran”ın öz sponsoru, sahibi var. Lakin belə bir məqamda federasiya da köməyini əsirgəməyə bilər. Bu da onlardan asılıdı, istəyərlərsə, yardım edərlər, istəməzlər, etməzlər”.(apasport.az)

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X