16:35 24.05.2016 750

"Samuelin gedişini mətbuatdan oxumuşam" - Qurban Qurbanov

"Final oyununda iştirak etmək və qalib olmaq hər bir futbolçunun arzusudu. Bizim üçün mövsümün uğurlu keçdiyini deyə bilərik". Fanat.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun "Neftçi" ilə keçiriləcək final maçtından öncə keçirilən mətbuat konfransında deyib.


Q.Qurbanov sabahkı oyun haqda bunları bildirib: "Hər bir futbolçu oyunun məsuliyyətini dərk etməlidi. Bizim üçün asan olmayacaq. Bəlkə də mövsümün ən ağır oyunu olacaq. Hər bir komanda kuboka sahib çıxmaq istəyir. Qismətimizdə olsa, kuboku qazanacağıq və hər iki komandaya uğurlar arzu edirəm. Rəqibdən Arazı, Elşəni, Rəhmanı, Ruslanı qeyd edə bilərəm. Hər biri güclü oyunçulardır və topla rahat davranırlar. Sabahkı oyunda bizim müdafiədəki oyunumuz çox vacibdi. Belə rəqibə qarşı oynamaq həmişə xoşdu. Azarkeş sayı ilə bağlı nəsə deyə bilmərəm. Ancaq məlumdu ki, həm "Qarabağ", həm də "Neftçi"nin xeyli sayda azarkeşi var. Çünki bu iki klub çempionatın əvvəlindən bir-birinə rəqib olub. Kütlə çox olsa, azarkeş adı da qalxmış olar. Söhbət hansı komandanın daha çox azarkeşi olmasından getmir. İstərdim stadion dolsun, amma buna inanmıram".


O, çempionatda neçənci yeri tutmaqdan asılı olmayaraq kubok oyununun əhəmiyyətindən söz açıb: "Mən özüm də futbolçu olmuşam. İndi də futbolçulara bildirmişəm ki, bunlar tam fərqli turnirlərdi. Yəni çempionatda neçənci yeri tutmağından asılı nəsə yoxdu. Final bir oyundan ibarətdi. Baxmayaraq ki, rəqib son oyunda "Sumqayıt"a məğlub olub. Amma belə demək mümkündüsə, "Neftçi" kubokda bizdən daha təcrübəlidi. Buna baxmayaraq biz ilk olaraq öz oyunumuz, sonra rəqib haqda düşünürük. Oyundan əvvəl bütün istəklərimizi futbolçulara çatdıracağıq. Bu gün Əmrah Çəlikəlin 40 yaşı tamam olur. Biz illərdi çalışırıq ki, hər iki - həm ölkə çempionatında birinci olaq, həm də kuboka sahib çıxaq. Hər kəsin fikirlərinə hörmətlə yanaşırıq. Komandanı motvasiya etmək üçün işi dəyərləndirmək lazımdı. Bu səbəbdən futbolçularımızı motivasiya etməyə ehtiyac yoxdu. Hansısa açıqlamaya, fikrə görə meydançaya çıxmaq nəticəsində futbolçu aqressiv olur. Sadəcə düşündüklərimizi meydanda həyata keçirməyə çalışacağıq".


44 yaşlı mütəxəssis Samuel Armenterosun komandadan göndərilməsinə də münasibət bildirib: "Armenterosdan soruşsanız ki, baş məşqçi sizə getmək haqda nəsə deyib? Yox cavabı verəcək. Mən də mətbuatdan oxumuşam. Sadəcə futbolçu tələsir. Onunla 1+1 illik müqaviləmiz var. Yəni tərəflər razı olsa, 1 il artırılacaq. Ancaq mən fikir bildirməmişəm. Görünür öz getməyə tələsir".


Qeyd edək ki, mayın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20.00-da başlayacaq.("Report")


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X