14:40 31.05.2016 1141

Hakimin sözü iki olar…

Etibar Cəbrayıloğlu 

Su axdı, çuxurun tapdı. Çempionumuz da, medalçılarımız da bəlli oldu. Son illərdə əlimizdəki-ovcumuzdakı futbolu Avropada layiqincə təmsil edən, Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacaran, “Rəvan”a məğlub olan “Qarabağ” yenə heç kimi yaxına buraxmadı. Qurban Qurbanovun “köhlən atlıları” adına Premyer Liqa dediyimiz yarışın qalibi oldu, yolüstü kuboku da götürdü. “Neftçi” yenə başqalarının hesabına Avroliqaya vəsiqə qazandı. Baba və nənələrimiz demişkən, özün gözəl olmaya bilərsən, amma əsas odu ki, bəxtin gözəl olsun. Nə isə…

Məmləkətimizdə futbol mövsümü bitdi, bir az faciə, bir az da komediya elementləri qatılmış tamaşa başa çatdı. İndi pərdələri bağlamaq olar. Lakin bir məsələ açıq qaldı. Siz soruşana qədər özüm cavab verim, boşuna niyə zaman xərcləyək ki? Əfəndilər, bəs Tural Cəlilovun şeyi, üzr istəyirəm, dirsəyi nə olsun, dirsəy tapılmadı axı… Yəqin ki, yadınızda olar, sonuncu turda “Rəvan”la “Xəzər Lənkəran” görüşəndə baş hakim Ramil Diniyev əməlli-başlı hoqqa çıxarmışdı. Hakimlərimizin futbolun başına açdığı oyunlara həmişə başı ilə cavab verən hakimlərin başçısı Xaqani Məmmədov da isti-isti açıqlama vermişdi. Sumqayıt-Bakı yolunun Xırdalandan keçən hissəsində səsləndirdiyi fikirdə Xaqani bəy hamını əmin eləmişdi ki, Bayıldakı tamaşanın referesi Ramil Diniyevin qərarı dübbədüzdü. Çünki Tural Cəlilov dirsəyi ilə Ruslan Tağızadəni vurub.

Cəmi ikicə gün sonra bilmirəm yuxarılardan, yoxsa aşağılardan Hakimlər Komitəsinin sədrinə nə dedilərsə, sözünü geri götürdü. Bu dəfə Bakı-Salyan yolunun Qobustandan keçən hissəsindən açıqlama verərək dedi ki, birinci dəfə səsləndirdiyim sözlərə bir qoz. Bəs mən mübahisəli epizoda telefonda baxmışdım, telefon zəhrimar da “kitayski” olduğundan, ekranı balaca idi. Balaca ekranda yaxşı görmək olmadı.

Ansi Aqolli demişkən, xub. Telefonun ekranı balaca idisə, birinci açıqlamada camaatı niyə əmin edirdin ki, referi düz qərar verib? Balaca ekranda Tural Cəlilovun şeyini, üzr istəyirəm, dirsəyini necə görmüşdün? Adamdan soruşarlar ki, adam, dirsək sənin gözünə girməsin, bəs qanacaq, mədəniyyət necə oldu? Bayıldakı biabırçılıqdan ötən bu günlər ərzində nə sən, nə də təlimat verib göndərdiyin Ramil Diniyev ölkənin futbol ictimaiyyətindən, özəlliklə də “Xəzər Lənkəran” azarkeşlərindən niyə hələ də üzr istəməyib? Belə görünür ki, Hakimlər Komitəsinin sədri referilərə seminar keçəndə ilk sözünə belə başlayır - Hakimin sözü iki olar!

Hakimlər Komitəsinin sədri dirsəy məsələsində iki fərqli fikir səsləndirsə də, AFFA və PFL rəhbərliyi israrla susmaqda davam edirlər. Yəqin yaxşı yadınızdadı, məmləkətimizin futbol funksionerləri səhər-axşam, axşam-səhər deyirdilər hakim də insandı, səhv edə bilər, lakin əsas başqa məsələdi. Əsas odu ki, qərəz olmasın, referinin səhvi oyunun nəticəsinə təsir etməsin. Amma Lerikdən Londona, Zaqataladan Zaqrebə qədər hamı gördü ki, Ramil Diniyevin səhvi təkcə oyunun yox, çempionatın nəticəsinə təsir etdi. AFFA və PFL rəhbərliyi bu məsələni araşdırmaq əvəzinə “Badamlı” içməklə məşğul oldular. Son günlər isə başları yaman qarışıqdı, neftlə işləyən çırağı da götürüb gününün günorta çağı yeni mövsümdə oynamağa klub axtarırlar. Riçard Almeyda demişkən, klublar da az bilmirlər, hərə bir bəhanəylə aradan çıxır. İndi cəmi 8 komanda qalıb. Belə getsə, deyəsən, hakimlərimiz işsizlikdən bir-birlərinə dirsək atacaqlar…

komanda.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X