
FIFA yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan yığması yeni siyahıda ötən ayla müqayisədə beş pillə geriləyib.
Komandamız hazırda 138-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 252 reytinq xalı var.
"DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərimizin mövqeyi belədi: Almaniya (4, 1310), Şimali İrlandiya (25, 851), Çexiya (30, 815), Norveç (51, 593) və San Marino (200, 20).
Sabah yoxlama oyunu keçirəcəyimiz 363 xalla 93-cü pillədə qərarlaşıb. Türkiyə millisi 5 pillə geriləyərək 18-ci yerə düşüb (983 xal).
İlk "onluq"da Kolumbiya, Almaniya və Avstriya 1 pillə irəliləyib, Çili 2 pillə geriləyib. Avstriyalılar İngiltərəni "onluq"dan çıxardıb: Argentina (1503), Belçika (1384), Kolumbiya (1328), Almaniya (1310), Çili (1293), İspaniya (1267), Braziliya (1257), Portuqaliya (1181), Uruqvay (1150), Avstriya (1077).
Fanat.az