12:42 26.07.2016 921

Premyer Liqada hansı yeniliklər olacaq? - Ramin Musayev danışdı

Bu gün PFL prezidenti Ramin Musayev çempionatın püşkatmasından əvvəl bəzi maraqlı fikirlər səsləndirib. Fanat.az xəbər verir ki, Musayev "Qarabağ" və "Qəbələ"nin Çexiya və Fransadakı səfər oyunlarının canlı göstərilməsi və digər məsələlər barəsində danışıb:


"Bu gün "Qarabağ" Çempionlar Liqasında, sabah yox, birisigün "Qəbələ" Avropa Liqasında oyunlara çıxacaq. Bugünkü püşkdən sonra çalışacağıq ki, hər 2 komandanın səfərdəki oyunları canlı göstərilsin. Bunun üçün lazımi yerlərə müraciət edəcəyik".


Musayev Əliyar Ağayevin 19 yaşadək futbolçulardan ibarət millilər arasında Avropa çempionatının final oyununu idarə etməsi ilə bağlı danışıb: "Hər birimiz sevindik ki, bizim gənc hakimimiz Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət millilər arasında Avropa çempionatının finalını idarə etdi. Sözsüz ki, hakim Azərbaycan çempionatında səhvlərə yol verir. Beynəlxalq miqyaslı oyunda Əliyar Ağayevin qarşısında nə AFFA, nə PFL yazılmamışdı, "Azərbaycan" sözü yazılmamışdı".


PFL rəhbəri iki futbolçumuzun Portuqaliya klublarına transferinə münasibət bildirib: "Sevindirici məqamdı ki, artıq 2 futbolçumuz Portuqaliya çempionatında çıxış edəcək. Bu da onu göstərir ki, futbolçuya ölkədə az pul veriləndə legioner olmaq istəyi daha çox olur".


Ramin bəy çempionatın yayımı ilə bağlı danışıb: "Vaxtilə deyirdim ki, bizim çempionat digərlərindən heç də geri qalmır. Amma çəkilişdən çox şey asılıdı. Deyirdilər ki, Ramin müəllim öz keçirdiyi çempionatı tərifləyir. "CBC Sport” kanalının ötən mövsüm çəkilişlərindən göründü ki, lazımi ləvazimatların olması da vacibdi. Bu kanal həmin ləvazimatlara sahib olduğundan, keyfiyyətli yayım hazırlayır. İnşallah, 2016/17 mövsümündə çempionatımız əvvəlkilərindən daha maraqlı və gərgin keçəcək. Ona görə maraqlı keçəcək ki, 8 komandanın ən azı 6-sı avrokuboka vəsiqə üçün mübarizə aparacaq. Bir yarışda mübarizə olursa, orda maraq da olur”.


Çempionatda bəzi dəyişikliklərin olacağını deyən Musayev bildirib ki, klubların xahişini nəzərə alaraq, əcnəbi futbolçular üçün ödənilən pulların məbləği azaldılıb: "Bu, klublara kömək üçün edildi. Bizi bəzən günahlandırdılar ki, oyunçuların formalarında başqa əlifba ilə yazılır. Amma biz onların maddi durumunu nəzərə alaraq, qərara gəldik ki, kimin nəyə imkanı varsa, ondan istifadə etsin. Sonra klublardan soruşduq. İndi isə belə qərara alındı ki, formaların arxasında futbolçuların adları öz əlifbamızda yazılmalıdı. Sevindirici haldı ki, bu il avrokubokda oynayan komandalarımızın hamısı ilk mərhələni keçdilər. Klub rəhbərlərimiz sağ olsun ki, artıq biz 2 mərhələ ilə də razılaşmırıq. Artıq azarkeşlər daha böyük nailiyyətlər gözləyirlər. Amma bəzən idmanda bəxt gətirmir. İlk mərhələdə o mənada bəxtimiz gətirdi ki, rəqiblərimiz bir o qədər də güclü deyildilər. Ancaq sonrakı püşkatmada bəxt bizdən üz döndərdi. Bu gün "Qarabağ”a, 2 gün sonra isə oyun keçirəcək "Qəbələ”yə uğurlar arzulayıram".


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X