
AZAL heyətini gücləndirməkdə davam edir. Fanat.az xəbər verir ki, bu gün daha bir futbolçu ilə müqavilə bağlanılıb.
Belə ki, ötən mövsümü “Rəvan”da keçirən Ramazan Abbasov bundan sonra AZAL-ın şərəfini qoruyacaq. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2006-2007-ci illərdə Azərbaycan millisində 9 oyun keçirmiş 32 yaşlı yarımmüdafiəçi əvvəllər "Bakı", MOİK, "Neftçi", "Xəzər Lənkəran", "Kəpəz" və "Sumqayıt" klublarında oynayıb.
Fanat.az