11:04 12.08.2016 732

"Baş məşqçi olmağımı Qurban Qurbanov istədi" - Rəşad Sadıqov

Topaz Premyer Liqasının II turunda "Qarabağ” səfərdə "Sumqayıt”ı 2-0 hesabıyla məğlub edib. Matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov müsahibə verib.

 

- İlk turda "İnter”lə oyunda da eyni ab-hava, eyni şərait var idi. Necə oldu ki, "İnter”i məğlub edə bilmədiniz, "Sumqayıt”a qalib gəldiniz...

- "İnter”lə oyunun ilk hissəsini də pis oynamamışdıq və oyuna nəzərət edirdik. Sadəcə, ikinci hissədə komandanın gücü tükəndi və yorulmağa başladıq. Bunun səbəbi də bir neçə gün öncə Çempionlar Liqasında ağır oyun keçirməyimiz idi. Komanda həm psixoloji cəhətdən, həm də fiziki cəhətdən çox yorğun idi. Bu gün isə çox fərqli oynadıq. Komanda psixoloji cəhətdən oyuna hazır idi. Bilirdik ki, bizi gərgin oyun gözləyəcək.  İlk turda məğlub olamayan "Sumqayıt” bu dəfə də xal itirmək istəmirdi. Bu gün qələbə qazanmaq bizim üçün çox önəmli idi.

 

- Demək olar ki, "Qarabağ” üçün çempionat bu gün başladı?

- Biz uzun müddətdi ki, çempionata pis start veririk. Bunun da bir neçə səbəbləri var. Atmosfer də futbolçulara çox pis təsir edir. Avropada nəhəng stadionlardan ölkə çempionatına qayıtmaq çətindi.

 

- Avrokuboklarda mübarizəni davam etdirən klublarımız bəzən çempionat oyunlarını təxirə salmağa çalışırlar. Bu məsələ ilə bağlı fikrin necədi?

- Xeyr, keçən il bizim heç bir oyunumuz təxirə salınmadı. Bundan əvvəlki ildə isə "Araz-Naxçıvan”la səfər oyunumuz təxirə salınmışdı. Komandamızın geniş heyəti var. Düşünürəm ki, bu il elə bir hal olamayacaq. Təki qrupa düşək, oynamağa güc tapacağıq.

 

- Pley-off mərhələsində bir çox güclü komandalar var idi. Püşkün üzünüzə güldüyünü düşünmək olarmı?

- Daha çətin və daha asan rəqib qarşımıza çıxa bilərdi. Deyərdim ki, orta səviyyəli komandalardan biri rəqibimiz olub. "Höteborq”un oyunlarına baxmışam və düşünürəm ki, fərqli futbol sərgiləyirlər. İki texnikalı komandanın mübarizəsinə şahid olacağıq. 

 

- "Höteborq”lə oyunlarda "Qarabağ”ın daha şanslı olduğunu söyləmək düzgündürmü?

- Fikirləşirəm ki, şanslar bərabərdir. Pley-off oyunudu və rəqiblərin gücü eynidi. "Höteborq” zəif komanda deyil. İsveç çempionatında yer tutmaları hər şeydən xəbər verir. 

 

- "Viktoriya” ilə oyundakı əvəzetmələrə görə hər kəs baş məşqçiniz Qurban Qurbanovun səhvlər etdiyini deyirdi. Bu məsələ ilə bağlı fikrin maraqlı olardı.

- Yəqin ki, futbolu başa düşən insanlar bəzi şeyləri başa düşməlidirlər. Ümumiyyətlə, tənqidləri normal qarşılayırıq. Təbii, həmişə tərif olunmayacağıq. Mətbuat öz işini görür və biz təndiqləri normal qarşılayırıq. Əvəzetmələrə gəlincə, biz Avropkuboklar oyunlarında bir neçə dəfə 5 müdafiəçi ilə oynamışıq və effektini görmüşük. Ola bilər ki, bu dəfə alınmadı. 

 

- "Qarabağ”ın 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunmusan. Bu, Rəşad Sadıqovun mövsümün sonunda karyerasını bitirəcəyindən xəbər vermir?

- Bu barədə fikirləşmirəm. Komandanın məşqlərində iştirak etmişəm. Məşqləri əsas komandanın məşqindən sonraya salmışıq ki, məşqlərdə tam gücümlə iştirak edim. Artıq 4-5 yoxlama oyunu keçirmişik. Həvəslə çalışıram.  İşləməyimin əsas səbəbi savadımı artırmaqdır. Komandanın baş məşqçisi olmağımı Qurban müəllim istədi və yox cavabı verə bilmədim. Məşqçi kimi çalışmaq indi özümə də maraqlı gəlir. Peşman deyiləm. (Sport7.az)


Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X